12-06-2018 [11:53]
"Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana müasir silahlar lazım olacaq. Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Azərbaycanın silah aldığı ölkələr əsasən bunlardır – Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarus. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır".
Mia.az xəbər verir ki, bu, "Atlas" Araşdırmalar Mərkəzinin hazırladğı analitik materialda yer alıb.
Bildirilib ki, mMüxtəlif ölkələrin Azərbaycandakı səfirliklərində hərbi attaşelər var. Bu hərbi attaşelər obyektiv olaraq öz ölkələrinin silahlarını Azərbaycana satmaq istəyirlər: "Digər tərəfdən, Azərbaycanda istehsal olunan silahların da öz ölkələrinə satılmasında maraqlıdırlar. Ancaq burada bir neçə faktor var ki, hərbi əməkdaşlığa bəzən mane olur".
Mərkəz Azərbaycanın son illərdə Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika aldğını xatırladıb: "Ancaq silah almaq yetərli deyil. Bundan sonra silahlar yoxlanmalıdır. Digər tərəfdən, hərbi texnikanın işlək vəziyyətində olması üçün onun hissələri də Azərbaycana gətirilməlidir. Demək, əgər silahlarda müəyyən problemlər varsa və silah alındıqdan sonra ona lazım olan hissələrin Azərbaycana gətirilməsində problemlər çıxarsa, artıq həmin ölkə ilə hərbi əməkdaşlığın miqyası obyektiv səbəblərdən azalmalıdır.
Misal üçün, bu il ərzində Azərbaycan Rusiyadan hələ silah almayıb. Digər tərəfdən, Azərbaycana silah satışına Rusiyada baş nazirin müavini Dmitri Roqozin məsul idi. Hazırda onun vəzifəsi dəyişib. Roqozin artıq hərb-sənaye kompleksinə və silah satışına məsul deyil. Bu illərdə Azərbaycanın hökumət üzvləri ilə Roqozin arasında sıx münasibətlər formalaşmışdı. Rusiya hökumətində hərbi-sənaye kompleksinə indi cavabdeh olan şəxslə Azərbaycan arasında hələ sıx əməkdaşlıq yoxdur".

Materialda daha sonra qeyd olunur ki, Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır: "Eyni tələblər İsrailin hərbi texnikası üçün də keçərlidir. Yəni silahlar işlək vəziyyətdə olmalıdır və onların hissələri daima Azərbaycana gətirilməlidir. İsrailin Azərbaycana silah satışında məhdudiyyəti yoxdur".
"Atlas" Araşdırmalar Mərkəzi son illər Azərbaycanla Ukrayna arasında hərbi əməkdaşlıq inkişaf etdiyini xatırladır: "Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Eyni ilə Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukraynada istehsal olunan hərbi texnikanın böyük hissəsi daxili tələbat üçün istifadə olunur. Ona görə, hələ ki, Ukrayna xarici ölkələrə çox silah sata bilmir. Buna baxmayaraq, Ukrayna Azərbaycanın maraq göstərdiyi silah növlərinin alışına da "yox” demir. Ukrayna ilə Azərbaycanı daha bir mövzu birləşdirir – separatizmlə mübarizə. Azərbaycan müstəqilliyini qazandığı 1991-ci ildən separatçılarla mübarizə aparır. Ukrayna isə separatçılarla 4 ildir mübarizədədir. Ona görə də Azərbaycanın təcrübəsi Ukrayna tərəfindən öyrənilir. Azərbaycanın da Ukraynanın separatçılarla savaş təcrübəsini öyrənməyə ehtiyacı var. Çünki Donbasda da atəşkəs daima pozulur və pozisiya döyüşləri gedir".
Analtik materialda daha sonra Türkiyənin Azərbaycanın strateji müttəfiqidi olduğu qeyd olunur: "Son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb. Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu, Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir. Digər tərəfdən, Türkiyə ordusu illərdir terrorçularla dağlarda savaş aparır və istehsal olunan silah növləri dağ şəraitində aparılan döyüşlər üçün uyğunlaşdırılıb. Dağlıq Qarabağın böyük hissəsi də dağlıq ərazidir. Ona görə də Türkiyənin istehsal etdiyi silahlar Azərbaycan üçün faydalıdır".
Mərkəz, Azərbaycanın Avropa ölkələrindən Çexiyada istehsal olunan silahlara da maraq göstərdiyini vurğulayıb: "Doğrudur, Çexiya Avropa İttifaqı və NATO ölkəsidir. Avropa ölkələri Azərbaycana və Ermənistana silah satmırlar. Çünki Avropa həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edir. Avropada düşünürlər ki, onların satdığı silahlardan Azərbaycan və Ermənistan bir-birlərinə qarşı istifadə edəcəklər. Buna görə də Cənubi Qafqaz ölkələrinə silah satmaq istəmirlər. Ancaq bu qərar Avropa üçün faydalı deyil. Çünki, Azərbaycan Avropadan ala bilmədiyi silahları başqa ölkələrdən alacaq və bütün gəlir həmin ölkəyə çatacaq".

"Rusiya həm Azərbaycanı, həm də Ermənistanı özünün tərəfdaşı sayır və hər iki ölkəyə silah satır. İsrail isə yalnız Azərbaycana satır. Əlbəttə, bu Ermənistan hakimiyyətinin xoşuna gəlmir. Çünki Ermənistan kasıb ölkədir və böyük həcmdə silah ala bilmir. Azərbaycan isə silahlanmaya milyardlarla dollar xərcləyir. Avropa İttifaqı Azərbaycanla siyasi, iqtisadi və enerji əməkdaşlığının genişləndirir. Ona görə də Avropa İttifaqı ölkələrinin Azərbaycanla hərbi əməkdaşlığını genişləndirməsi də mümkündür. Əgər Avropa dövlətləri Azərbaycana lazım miqdarda silah satsalar, Azərbaycan silah və hərbi texnikanın alınmasında Rusiyadan asılı olmaz. Bu, Avropanın da xeyrinədir"-deyə analtik materialda qeyd olunur.
Mərkəz, Rusiyanın Azərbaycanın Ukrayna, Türkiyə, Belarus kimi ölkələrdən silah almasını istəmədiyi qənaətinə gəlib: "Rusiya müxtəlif vasitələrlə buna mane olmağa çalışır. Ancaq Azərbaycanın tamamən Rusiyadan asılı olması da Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Silah və hərbi texnika alışı diversifikasiya olunmalıdır. Azərbaycan ən keyfiyyətli silahlarlara və hərbi texnikaya üstünlük verməlidir. Bu elə silahlar olmalıdır ki, döyüşdə özünü keyfiyyətli göstərsin və həmin hərbi texnikanın hissələri daima Azərbaycana gətirilsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi