09-06-2018 [17:47]
Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı, millət vəkili Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda partiyadaxili eləcə də, ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə olunub.
İclasda partiya başqanının ictimai-siyasi vəziyyətlə bağlı məruzəsi dinlənilib. Təşkilat şöbəsi tərəfindən təqdim edilən BQP-nin rayon və şəhər təşkilatlarında keçirilən növbəti yığıncaqlar, konfrans və tədbirlər barədə məlumat nəzərə alınıb, digər yerli təşkilatlarda keçirilməsi nəzərdə tutulan növbəti konfrans və hesabat- seçki yığıncaqların qrafikləri təsdiq edilib.
Siyasi Qurul Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında Şərur rayonu istiqamətində dayaq nöqtələrini bir neçə kilometr irəli çəkərək yeni strateji mövqelər tutması, nəticədə 1992-ci ildən bəri düşmən nəzarətində olan Günnüt kəndinin faktiki işğaldan azad edilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Bununla yanaşı, qeyd edilib ki, "Ermənistanın Naxçıvanla bağlı uzun müddət davam etdirdiyi təzavüzkar planlarını son aylar daha da aktivləşdirməsi, Ermənistan-Naxçıvan sərhəddində baş verən son insidentlər, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid edilməsi, hərbi obyektlərimizin fotoşəkillərinin yayılması, Ermənistanın Xarici işlər və Müdafiə nazirlərinin təmas xəttindəki nöqtələrə nümayişkəranə şəkildə səfər etmələri, qarşı tərəfin rəsmi şəxslərinin Naxçıvana olan ərazi iddialarını daha sıx şəkildə səsləndirmələri diqqətdən yayınmamalıdır. Baş verənlər ermənilərin Naxçıvanla bağlı təcavüzkar niyyətlərini həyata keçirmək üçün əlverişli fürsət axtardıqlarından xəbər verir. Bütün bunlar nəzərə alınaraq, ölkənin müvafiq qurumları tərəfindən adekvat addımlar atılmalı, Muxtar Respublika ilə kommunikasiya əlaqələri sıxlaşdırılmalı, hərtərəfli yardımlar daha da artırılmalı, təcavüzkar düşmənlə əhatə olunduğu nəzərə alınaraq Muxtar Respublikaya aviabiletlərin qiymətləri munimuma endirilməli və aztəminatlı təbəqə üçün bu imkanlar əlçatan səviyyəyə gətirilməlidir”.
İclas Ermənistanda baş verən məlum hadisələrdən sonra düşmən ölkənin rəsmi şəxsərinin son zamanlar hərbi ritorikadan daha çox istifadə etmələrini münaqişə nəticəsində yaranan mövcud olan status-kvonun saxlanması cəhdi kimi qiymətləndirib və münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunması ilə bağlı ölkəmizin rəsmi mövqeyini dəstkləyib.
Siyasi Qurul Avstriya hökumətinin həmin ölkədəki 6 məscidin bağlanmasına dair qəbul etdiyi qərarını pisləyib: "Terror bəhanəsi ilə son vaxtlar Avropada 30-adək məscidin bağlanması və din xadimlərinin deportasiya edilməsi Avropalıların hər zaman öyünərək dilə gətirdiyi dəyərlərin, düşüncə və vicdan azadlığının, əsas insan hüquqlarının kobud şəkildə pozulması, irqçiliyin və başqa inanc mənsublarına dözümsüzlüyün nümunəsidir”.
İclas Cənub Qaz Dəhliszinin rəsmən istismara verilməsini Azərbaycan Respublikasının uğuru kimi qiymətləndirib: "Müasir şəraitdə və rəqabətin böyük olduğu bir zamanda çoxlu sayda tərəfdaşla nəhəng enerji layihəsini reallaşdıran Azərbaycan Respublikası Avropanın enerji xəritəsini dəyişmək və onu yenidən tərtib etməkdədir”.
Siyasi Qurulun iclası sonda cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi