Dövlət Agentliyində kadr dəyişikliyi –Yeni aparat rəhbəri təyin olundu

img

08-06-2018 [15:18]


Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Mia.az "Report”-a xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib.

O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib.

Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA