Azərbaycanda sərnişinlə dolu marşurut "KamAZ"la toqquşdu - ölən və xəsarət alanlar var (YENİLƏNİB)

img

01-06-2018 [13:26]


Bakı-Qazax yolunda baş vermiş ağır qəza ilə bağlı bəzi məqamlar dəqiqləşib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, "KamAZ"a çırpılandan sonra aşan "Setra" markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.

Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.

Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.

12:33

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

Unikal.orgapa-ya istinadən xəbər verir ki, qəza nəticəsində çoxlu sayda xəsarət alanların olduğu bildirilir.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA