11-05-2018 [10:55]
İqtisadçı ekspert Natiq Cəfərli sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə qurumda baş verən yeyinti halları ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Mia.az xəbər verir ki, ekspert "qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yeyintilərlə bağlı hələ ki, rəsmi açıqlamalar olmayıb: "Hesablama Palatasının açıqlamasında göstərilən rəqəm isə böyük deyil. Amma mətbuatda 100 milyonlar, 2 milyardlarla yeyintidən söhbət gedir. Ancaq bu rəqəmlər rəsmi qurumlar tərəfindən təsdiqini tapmayıb.
Ümumiyyətlə isə, hər hansı dövlət və hökumət orqanında yeyintilərin olması artıq təəssüf doğurmur. Yeyinti olmaması təəccüb doğurar. Əgər köklü yoxlamalar olsa, çox böyük ehtimalla, nazirlikdə son illər ərzində kifayət qədər yeyintilərin olduğu, qiymətlərin yüksəldildiyi aşkara çıxar. Çünki ən çox korrupsiya halları o zaman baş verir ki, nazirliklərə, hər hansı dövlət qurumuna müəyyən iş görmək lazım olsun. Onlar qurum üçün nəsə alırlar və ya yaxud təmir-tikinti işləri görürlər. Onun qiymətləri bəzən iki-üç dəfə şişirdilir. Büdcədən alınan pulun çox az bir hissəsi işə ödənilir, qalan hissə isə rəsmilər tərəfindən mənimsənilir. Çox güman ki belə faktların olması ehtimalı var”.
Səlim Müslümovun həbs edilməsinə gəlincə isə, N. Cəfərli deyib ki, cinayət işinin açılması tək hüquqi yox, həm də siyasi qərar olacaq: "Əgər doğrudan da ciddi problemlərin olduğuna yol açan bir addımlar atılıbsa, çox güman ki həbs və hüquqi məsuliyyətə cəlb edilmə ilə bağlı qərarlar verilə bilər. Bunu biz Azərbaycanın yaxın keçmişində də gördük. Belə ki, nazirlər və yüksək vəzifəli şəxslər həbs olunub. Bunların hamısı təbii ki, yoxlamaların nəticəsindən, verilmiş siyasi qərarlardan asılı olacaq”.
Sözügedən nazirlikdə yeyinti faktlarının həm də mənəvi məsələ olduğuna diqqət çəkən iqtisadçı bildirib ki, hər ailədən heç olmasa bir nəfər bu nazirliklə təmas edir: "Bu da ya təqaüdçü, ya da sosial müdafiə qrupunda olan şəxslər fonunda baş verir. Yəni, əhali ilə çox sıx təmasda olan nazirlikdir. Orada baş verən yeyintilər birbaşa az təminatlı təbəqənin payının yeyilməsidir. Bu çox ciddi psixoloji, mənəvi, hüquqi məsələdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi