10-05-2018 [14:05]
Xarici İşlər Nazirliyi Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başlayıb.
Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə göndərilmiş məktublardır.
Məlumata görə, İspaniya–Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.
"Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.
XİN-ə göndərilmiş məktubun surəti də mətbuata təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsini müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb:
"Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.
İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.
F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb: "Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.
Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.
Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdur.
2016-cı ilin aprelindən bu vəzifəni tutan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur/Azpolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi