İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – VİDEO

img

10-04-2018 [21:32]


Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb.

Mia.az Minval.info-ya istinadən xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib.

Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb.

Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb.

Xatırladaq ki, Zəngilan rayonu 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir və şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Zəngilanın işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA