“Facebook”dan sensasion açıqlama: Azərbaycanı hədəf alan səhifələr silindi (FOTO)

img

04-04-2018 [15:42]


"Facebook" administrasiyası sosial şəbəkədən 138 səhifəni, 70 hesabı, "İnstagram"dan isə 65 hesabı silib.

Bu barədə şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib. Bildirilib ki, həmin səhifə və hesablar Rusiya İnternet Araşdırmaları Agentliyi (İRA) tərəfindən idarə edildiyi üçün ləğv edilib.

Həmçinin, qeyd olunub ki, silinən səhifələrinin 95%-i rus dilində olub. Bu səhifələrin hədəf kütləsi Rusiyada yaşayanlar, həmçinin qonşu ölkələr, Azərbaycan, Özbəkistan və Ukrayna da daxil olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan rus dilli şəxslər olub.

Sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Aleks Stamos bildirib ki, İRA dəfələrlə etibarlı olmayan çətin şəbəkə hesablardan istifadə edərək insanları aldadıb və onları manipulyasiya edib: "Məsələn, 2016-cı ildəABŞ-da keçirilən prezident seçkilərində biz bunu gördük. Məhz buna görə onların "Facebook”da olmasını istəmirdik. İRA tərəfindən idarə olunan həmin səhifə və profilləri sildik”.

"Facebook” sosial şəbəkəsində yerləşdirilən məlumata əsasən, silinən 138 səhifəni 29 min azərbaycanlı izləyib/azvison.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA