"Qardaşım oğlu zəng vurub, qaça-qaça gəldim..." - Narkoloji dispanserdəki xəstələrin yaxınları (VİDEO)

img

02-03-2018 [14:48]


Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə yanğın baş verib. Rəsmi məlumata görə, yanğında 24 nəfər həlak olub.

Mia.az hafta.az-a istinadən xəbər verir ki, hadisə yerində xəstələrin yaxınları toplaşıb.

Onlardan Qənirə İsmayılova adlı xanım oğlunun həmin xəstəxanada müalicə aldığını deyib:

"Oğlum İsmayıl İsmayılov ikinci korpusda müalicə alırdı. Son dəfə iki gün əvvəl danışmışdıq. Corab, alt paltarları istəmişdi. İndi məlumatım yoxdur ondan. Ölüb, yoxsa sağ qalması haqqında məlumat vermirlər. Nigaranam. Bir az əvvəl xəbər tutmuşam. Qardaşım oğlu zəng vurub ikinci korpusda yanğın olduğunu dedi. Qaça-qaça gəldim. Fevral ayından yanan ikinci korpusda müalicə alırdı".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA