Bakıda 26 yaşlı gənc metroda “oyun” çıxardı, qatarlar dayandı – Açıqlama + VİDEO

img

25-01-2018 [20:27]


Saat 18:50 radələrində İnşaatçılar metrostansiyasında 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan adlı Şəmkir rayonu sakini özünü qatar xəttinə ataraq üzü Elmlər Akademiyası stansiyası istiqamətində qaçmağa başlayıb.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.

"Qatarların hərəkəti dayandırılıb. Daha sonra şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb. Hadisədə hər hansı intihar məqsədi olmadığı görünür. Qatarların hərəkətində təxminən 10 dəqiqə gecikmə oldu. Daha sonra qatarların hərəkəti bərpa olunub”, – deyə Paşayev qeyd edib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA