16-01-2018 [13:22]
"Orfoqrafiya Komissiyası "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini "Söz necə deyilir, o cür də yazılsın”, yəni "Fonetik” prinsipə əsaslanaraq hazırlayıb”.
Bunu "Report”a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O, nümunə göstərərək bildirib ki, ərəb dilindən alınan "iyyat”, "iyyət”, "iyyə” şəkilçisindən istifadə olunan sözlər bir "y” ilə tələffüz olunur: "Məsələn, "ədəbiyyat”, "üslubiyyət”, "məşğuliyyət” və s… Biz bu sözləri bir "y” ilə tələffüz edirik. Yeni layihədə olan təkliflər qəbul olunarsa, bu, həm də indiyə qədər mövcud olan qarışıqlıqları aradan qaldıracaq. Belə ki, bəzi sözlər iki "y” ilə, bəziləri isə bir "y” ilə yazılır. Məsələn, "mədhiyyə”, "ehtiyyat” iki, "mərsiyə”, "cəfəngiyat” isə bir "y” ilə yazılır, amma çox yerdə, elə ədəbiyyatlarda da bu qarışdırılır. Biz də bu qarışıqlığı aradan qaldırmaq üçün təklif edirik ki, belə sözlərin hamısı bir "y” ilə yazılsa daha yaxşı olar”.
Direktorun sözlərinə görə, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində sonu iki samitlə qurtaran bəzi sözlərin mənbə dildən fərqli olaraq bir samitlə yazılması təklif olunur: "Bu təkcə avropalı mənşəli sözlərə yox, ərəb və fars dilindən alınan sözlərə də şamil edilir. "Stress”, "ekspress”, "konqress”sözünün iki "s” ilə yazılmasına ehtiyac yoxdur, çünki o bir "s” ilə tələffüz olunur”.
Mütəxəssis "Press” sözünün də bu qaydalara əsaslanıb-əsaslanmayacağı ilə bağlı suala cavab verərək bildirib ki, bu sözün dilimizdə bir "s” ilə yazılan variant da var: "Bu səbəbdən ola bilər "press” sözü istisna kimi saxlanılsın”.
"Əsgər” sözünə gəlincə, dilçi alim bildirib ki, bu söz indiyə kimi səhv yazılıb, həmin söz mənbə dildə "əskər”dir: "Digər bir söz isə "İsgəndər” sözüdür ki, həmin söz mənbə dildə "k” ilə yazılır. "İşgəncə”, "əsginas” sözü də bu qisimdəndir. Lüğətin hazırlanmasında fonetik prinsipə əsaslandığımız üçün, sözlərin deyiliş formasında yazılması əsas məqsədə çevrilib. Fonetik prinsip dili daha da asanlaşdıracaq. Onu da qeyd edim ki, lüğətimizdə bu tip olan "iskənə” sözü "k” ilə yazılır. Bu da bəzi insanlarda çaşqınlıq yaradır. Bəzən sual verirlər ki, niyə "misgər” sözü g” ilə yazılır, çünki o sözdəki "gər” peşə mənalı şəkilçidir. Məsələn: "zərgər”. Bu söz onlarla qarışdırılmamalıdır”.
"Fonetik prinsipə keçilməsinin bir məqsədi də dilimizin, imlamızın türk dilləri ilə ortaqlaşmasıdır. Məsələn, türklər ancaq fonetik prinsipə əsaslanır. Biz də istəyirik ki, heç olmasa əlifba məsələsində yaxınlaşmaya nail olaq. Hazırda bütün dünyada çalışırlar ki, sözlərin tələffüzü ilə yazılış forması arasında çox fərq olmasın”, – deyə, M.Nağısoylu əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi