Gürcüstan prezidenti 9 dövlət başçısını ölkəsinə dəvət etdi – Aralarında Azərbaycan prezidenti də var

img

08-11-2017 [22:55]


Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi Gürcüstana dəvət edib.

Azərbaycan prezidenti ilə yanaşı, Estoniya, Litva, Latviya, Polşa, Finlyandiya, Ukrayna, Ermənistan və Belarus prezidentlərinin də 26 may 2018-ci il tarixində Gürcüstanın müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.

"Bu ölkələr müstəqilliklərini 1918-ci ildə bərpa ediblər. Biz bu tarixi günü bir yerdə qeyd etmək istəyirik. Gürcüstan prezidenti bu gün polşalı həmkarını bu tədbirlərdə iştiraka dəvət edib”,- deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib. 

Qeyd edək ki, G.Marqvelaşvili Polşada səfərdədir. Səfər çərçivəsində o, polşalı həmkarı Andjey Duda ilə görüşüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA