Bərzaninin fransız "Beyin mərkəzi" danışdı: "Onu səhv yönəltdik, Bərzani və Tələbani dönəmi artıq qapandı" - MÜSAHİBƏ

img

30-10-2017 [10:55]


Məsud Bərzanin yönləndirən iki əsas "ağıl hocası"ndan biri, 2008-2012 illərdə Fransanın İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildəki ilk baş konsulu olmuş Frederik Tissot "Habertürk" qəzetinin əməkdaşı Nalan Koçaka açıqlamalar verib.

Mia.az fransız diplomatın bölgədə baş verən proseslərə bağlı açıqlamalarından bəhs edən maraqlı yazını olduğu kimi oxucularına təqdim edir:

****

KİMDİR BU "AĞIL HOCASI"?

Onu geniş toplum əsasən  mübahisəli  müstəqillik referedumundan bir gün sonra çəkilmiş fotodan daha çox tanıdı. Bəli,  Bərzani və bir qrup Avropalı diplomatın bir masa ətrafında toplandığı, kürd liderin alma kəsdiyi o məşhur fotodan söhbət gedir...

Referendumdan bir gün sonra çəkilən həmin foto çox müzakirə olundu. Hətta Türkiyə prezidenti Ərdoğan da o şəkilə sərt reaksiya verdi. Dedi ki, "Bərzani hər halda bunlardan güc alır".

Bəli, o fotodakı məşhur isimlərdən biri də məhz fransız diplomat FrederikTissot idi.

Tissot 2008-2012 illərdə Fransanın  Ərbildəki ilk konsulu olub.  Hazırda ölkəsində nüfuzlu üniversitetlərindən olan "Sciences Politiques"də dərs deyir.

Yaxşı, bəs onun kürd siyasətinə bu qədər marağı haradandır?

Məlumat üçün deyək ki, Tissot, əslındə, ixtisasca həkimdir. 1980-cı illərdə öz istəyi ilə 3 il  Iraqın kürd bölgəsində həkim işləyib. 

Özü o illəri belə xatırlayır: "Kürd xalqıyla doktorluq dönəmimdə tanış oldum. Və necə bir ədalətsizliyin qurbanı olduqlarını gördüm”.

Bəs görəsən, Bərzanin "ağıl hocası" sayılan və hələ də onu istiqamətləndirən fransız diplomatın referandum fiaskosundan sonra baş verənlərə münasibəti necədir?


O, bizimə "skaybe" vasitəsi ilə söhbətində bu və ya digər məsələlərə etiraf dolu maraqlı şərhlər verib: 

******

"KƏRKÜKÜ ALMAQ MÜMKÜN DEYİL"

- Çoxlarının fikirincə, Kərkük və digər bölgələrin itirilməsi kürd tarixinin ən böyük faciələrindən biridir. Bu fikirlə razısınızmı? 

Kərkük xalqı üçün dəqiq belədir. 1920-ci illərdən bəri ilk dəfə kürd liderlər Kərkükü itirdi. Bu, kürdlər üçün xəyal belə edilə bilməzdi. Hazırda ən pisi də odur ki, daha Kərkükü geri almaq mümkün görünmür.

- Kürdlərin bundan sonra özlərinə inamının azaldığını söyləyə bilərik? 

- Bəli. Kərkük çoxuna görə Kürdistanın Qudsüdür. Bilirsiz, ingilis İmperatorluğu Kərkükü kürdlərdən aldı. Bu səbəbdən Kərkükün yenidən ələ geçirilməsi kürdlər üçün çox önəmli idi. Bu itki sadəcə neft məsələsi deyil. Çox ailə evini itirdi.

Tissot (sağda) və İran KDP-sinin öldürülən lideri Abdurrahman Kasımlo, 1981-ci il,  İran

- Yaxşı, bu uğursuzluqda ən böyük məsuliyyət kimindir?

- Bilirsiz, Amerikanın İraqı işgalından sonra yeni konstitusiya yazıldı, qəbul olundu. Yeni Ana Qanunun 140-cı maddəsinə görə mübahisəli bölgələrdə referendum keçiriləcək, xalq Kərkükün Bağdada, yoxsa Ərbilə bağlanacağına qərar verəcəkdi. Fəqət bu maddə tətbiq olunmadı. 

İndi də 2014-cü ilə gələk. İŞİD Kərkük, Mosul, Mahmura hücum etdi. İraq ordusu bu şəhərləri qoruya bilmədi, qaçdı. Kürd gücləri onların yerini aldı və bölgəni qutarıb, orada qaldılar. Məncə, bu, ədalətsiz deyildi. Çünki Iraq hökuməti oraları müdafiə edə bilmədi, kürdlər elədi. Əlbəttə, bu, mənim diplomatik şərhim, yanaşmamdır.

- Bəs, şəxsi yanaşmanız necədir?

- Kərkükün qapılarını Iraq ordusuna, şiə milislərinə (Haşdi Şabi qüvvələrini nəzərdə tutur- redaksiya) kim açdı?

- Buna görə Tələbani ailəsinin bəzi fərdləri ittiham olunur.

- Bəli, hər kəs xəyanətdən bəhs edir. Mən istintaq aparacaq adam deyiləm. Ancaq gerçək olan tək fakt orada ciddi problemin varlığı idi.

"KƏRKÜKÜN QAPISINI KYB AÇDI"

- 3 il əvvəl Kərkükdən Iraq ordusu qaçdı, bu dəfə də peşmərgə...

- Qaçmaqdan, şəhəri tərk etməkdən çox, qapıları açdılar.  Təbii ki, bu iki fakt arasında fərq var. Ordu qorxub qaçdı, ancaq kürdlər anlaşaraq çəkildilər. Qapını açan da Kürdistan Yurdsevərlər Birliyinə (KYB) bağlı olan peşmərgə oldu.

"BƏRZANİNİN XƏTASI ABŞ-LA ANLAŞMAYA GETMƏMƏSİ OLDU"

- Bu prosesdə Bərzaninin ən böyük xətası nə idi?

- O, referendum prosesini ABŞ-la anlaşma, hətta yazılı bir anlaşma imzalayaraq, keçirmədi. İndi bir anlıq düşünün, bölgədə xeyli güc var: Haşdi Şabi, peşmərgə, ordu. Hamısının da Amerika istehsallı silahı, zirehli texnikaları var. Yaxşı, bəs koalisyon gücləri, amerikalılar, fransızlar haradadır?

ABŞ guya həm Ərbilin, həm Bağdadın dostudur. Düşünün, peşmərgə Bağdada hücum etsəydi, ABŞ "lütfən etməyin” deyərdi. Amma indi bunu söyləmir.

- ABŞ Ərbilə, yəni Bərzaniyə "Referendumu təxirə sal" çağrışını  eşitmədiyi üçün qəzəblənmiş ola bilərmi? 

- Ola bilər, amma bəzı Amerikalı senatorların "Artıq yetər, Amerika ordusu duruma müdaxilə etməlidir” dediyini də  eşitmişəm.

Frederic Tissot

"BÖLGƏ TÜRKİYƏNİN KOLONI KİMDİR"

- Bilirsiniz, Türkiyənin Ərbillə əlaqələr çox yaxşı idi, ancaq artıq əvvəki kimi deyil...

- Ərdoğan nədən qəzəblənir, bunu anlamıram. Bölgədəki ən böyük neft, tikinti şirkətlərinin sahibləri kimdir? Türkiyə. Minlərlə türk şirkəti orada fəaliyyət göstərir. Bölgə Türkiyənin sanki bir kolonu kimdir. Məsələn, türk konsulu kürd yetkililərə digər konsullardan daha tez və rahat əlaqə yarada bilirdi. Ərdoğanın Bərzanini Türkiyəyə dəvət etdiyini xatırlayırsınız da. Şivan Perver mahnı da oxumuşdu.

- Əlaqələr bu qədər yaxşıikən  niyə Ankara ilə eyni nöqtədə dayanmadı? Bərzani "tarix yazan lider” olma istəyininmi qurbanı oldu?

- Bəlkə də ağlından bunu geçirmiş ola bilər. Bilirsiniz ki, eynən Bərzani kimi müstəqil Kürdistanın ilk lideri olmaq istəyən biri daha var?

- Kim?

- Siz daha yaxşı bilirsiniz.

- Öcalandan bəhs edirsiz?

- Təbii ki... 

- Bu proses PKK-KDP yakınlaşmasına səbəb olarmı?

- Xeyir. Amma məsələn Bafel Tələbaninin PKK ilə əlaqələri var.

"KORRUPSİYA GÖRƏ XALQIN  BƏRZANİYƏ HÖRMƏTİ AZALDI"

- Bölgə muxtariyyəti ilə bağlı çoxlu sayda korrupsiya iddiası da var. Referendumun uğursuzluğu ilə yanaşı, bunun da ciddi rahatsızlıq yaratdığı deyilir.

- Ümumiyyətlə, xalq korrupsiya iddialarına cavab olaraq "korrupsiya ola bilər, ancaq xidmət göstərilir” deyə bilər. Ancaq əgər xalqa yetərincə xidmət edilmirsə, o zaman problemlər ortaya çıxır. Ərbil üçün də  əsas problem Bağdadın maaşları ödəmədiyi zaman böyüdü. Üstəlik, xalq bəzilərinin çox gözəl maşınlarını, evlərini də gördükcə, düşünməyə başladı, güvənsizlik də bundan sonra artdı. Bəli, Ərbilin idarəetməsində təmsil olunan çox zəngin ailələr var, ancaq xalqın böyük bir kəsimi çox kasıbdır. Yavaş- yavaş xalqın Bərzaniyə sayğısı belə azaldı. Eynı şey Tələbani ailəsi üçün də geçərlidir.

 

2013-cü il. Tissot, Bərzanidən "xidmət nişanı" alarkən

"‘BƏRZANİ VƏ TƏLƏBANİ DÖNƏMİ BİTDİ"

- Bölgədə  Bərzani və Tələbani dönəminin qapanmaya başladığını söyləyə bilərikmi?

- Bəli, bitdi. Siyasi olaraq bitdi, amma buna xalq qərar verməlidir. 8 ay sonra seçki keçiriləcək. Bərzani ailəsi monarxiya deyil ki: 1. Bərzani, 2. Bərzani, 3. Bərzani olsun.

"ƏRDOĞAN İLK MƏNİM ƏLİMİ SIXDI"

- Bəs Türkiyənin etirazına necə baxırsız? 

- Bərzani ilə çox yaxşı əlaqələri vardı. Bir xatirəni danışım. Prezident Ərdoğan 2011-də Ərbilə hava limanı açılışı üçün getmişdi. Onda Fransanın Ərbildə konsulu idim. İlk dəfə bir bir yüksək vəzifə sahibi olan türk Kürdistana gedirdi. Bütün diplomatlar oradaydı, mən də həmçinin. Əlil arabasından istifadə edirəm, bu səbəbdən ön sıradaydım, gözlədik, gözlədik. Birdən həngamə yaşandı, Bərzani və Ərdoğan içəri girdi. Təbii ki, Ərdoğan əlil arabasında ilk məni gördüyü üçün hamının yanından ötdü, əyilib, ilk mənim əlimi sıxdı

- Çox danışılan, müzakirə olunan bir fotonuz var. Siz və bir neçə Avropalı diplomat Bərzaninin yanındasınız. Ərdoğan da o fotoya təpki göstərdi. Bərzanini yanlış yönləndirdiyinizi sərt tənqid edənlər də var...

- Bəli, yanlış yönləndirdik. Haqlıdırlar. Referendum sonrasında kürd xalqı üçün ortaya çıxan sonuca baxın! Analizlər, verilen məsləhətlər yanlışdı. Mənim üçün bu, artıq bir şərəf, qürur deyil, utancdır. O fotoya gəlincə, referendumun sabahı çəkildi. Səlahaddində günorta naharı üçün görüşmüşdük.

Bərzani, kürd yetkililər və bir qrup avropalı diplomat referendumun səhəri günü yeməkdə.  Bərzaninin solunda Tissot, onun solundaki Fransanın sabiq xarici işlər naziri Bernard Kouçner. Barzaninin sağındakı isə Fransız sosioloq Bernard Henri Levidir.

"BƏRZANİ ALMADAN HEÇ KİMƏ VERMƏDİ, ÖZÜ YEDİ"

- Hamınız bir stoldasınız. Bərzani alma kəsir. Bu fotunu müxtəlif cür şərh edənlər var...

- Bəli, orada Bərzani "Son axşam yeməyi” tablosundaki İsa kimi idi. Çox komikdi. Yemək sonrası bizə meyvə ikram etdilər. O sırada qonaqlardan bəzılərı Bərzaniylə danışmaq üçün yanına getdi. Sonra içlərindən biri foto çəkdirmək istədi, hamı da o fotoya düşmək üçün ora toplandı.

- Bərzani kəsdiyi almadan sizə dilim verdimi? 

Xeyr, hamısını özü yedi (gülür). 

- İndi olsaydınız, Bərzaniyə nə təklif edərdiniz? Referendumu təxirə salmağımı?

- Bəlkə də. İmperialistlər çox zaman sizə "Gözlə. Sabah keçirsən, daha yaxşı olar. Sevgili övladım hələ çox kiçiksən" deyərlər. Referendumun sonucuna baxılırsa, mənim də yönləndirməm, analizm yanlış çıxdı. Amma yenə də tamamən yanlış deyə bilmərəm. Çünki Iraqın, Suriyanin gələcəyində rahatlıq, sakitlik, dinc ortam görə bilmirəm. Beynəlxalq toplum nə zaman masaya oturub barışı gətirməyə qərar verəcəksə, o zaman kürdlər də masada yerini almalıdır.

- Barzani referendumun sonuçlarını dondurmağı təklif elədi, ancaq Bağdad "ləğv et” dedi. Ərbil indi nə etməlidir?

- İbadi ilə müzakirə aparmalıdır. Bərzaninin sonuçları ləğv etmək gücü yoxdur. Qutulara atılan səsləri gerimi toplayacaq? Problemi yoluna qoymaq üçün, məsələn BMT bir nəfər nümayəndə göndərilə bilər.

"YENİ BAŞKANLIQ SEÇKİSİ KEÇİRİLMƏLİDİR"

- Bərzaninin istefasına nə deyirsiz?

- Cəsur bir qərar. Digər kürd partiya liderləri də eyni addımı atmalıdır. Paralel olaraq, Ərbil rəsmi Bağdadla bazarlığı davam etdirməlidir.

- Bərzaninin yerinə qohumu və ya oğlunun geçəcəyi  haqda xəbərlər də var.

- Bu, doğru olmaz. Başqanlıq seçimi olmalıdır. Bərzanin köməkçisi Kosret Rəsul var. KYB ancaq Tələbani ailəsinden deyil. Məncə, seçkiyə qədər idarəetmə onda (Kosret Rəsul - redaksiya) olmalıdır.

 

Tissot, Kürd Muxtar Vilayətinin baş naziri Nəçirvan Bərzani və  Fransanın sabiq XİN başçısı Kouçner ilə Ərbildə Fransa konsolluğun açılışında. 2008-ci il.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA