Azərbaycanda məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyir

img

24-10-2017 [14:22]


Azərbaycanda ilginc olay baş verib. Məmur oğlu atasını mülkə görə məhkəməyə verib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.

O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.

Məlumatı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.

MƏTİN-M.Davudoğlu,17,Azadlıq M.


SƏMA- Zığ şosesi,7


MƏLƏK-Azadlıq Metrosu, Azadlıq pr.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA