08-10-2017 [22:23]
Aztəminatlı insanların alış-veriş üçün ən çox üz tutduğu məkanlardan biri "8-ci kilometr bazar”ıdır. Burada qiymətlər ucuz olmaqla yanaşı həm də məhsul bolluğu var. O cümlədən yüzlərlə insanın qazanc yeridir. Təəssüf doğuran məqam isə odur ki, burada yaşanan pərakəndəlik, anti-sanitariya ilə başa çıxmaq mümkün deyil. Alıcıların narazılığını nəzərə alaraq musavat.com-unmüxbiri "8-ci kilometr bazarı”ndakı vəziyyəti müşahidə edib.
Ərazidə olduğumuz zaman ürəkbulandırıcı mənzərənin şahidi olduq. Açıq havada kanalizasiya və yağış gölməçələrinin içində düzülən piştaxtalarda balıq, ət, müxtəlif yeyinti məhsullarının satışı həyata keçirilir. Üstüaçıq şəkildə, çirkab içərisində satılan məhsulların insan səhhəti üçün nə qədər ziyanlı olduğu aşkardır.
Yaşlı bir qadın piştaxtanın üstünə 10-12 kəsilib təmizlənmiş toyuq düzüb , satır. Ətlərin üstü adi sellofanla belə örtülməyib. Yerdən 30 santimetr məsafədə qoyulan və yoldakı tozun-çirkabın bulaşdığı toyuqların alıcısı da az deyil. Səbəb isə odur ki, bu bazarın alıcıları təmizlikdən çox ucuzluğa üstünlük verirlər. Eyni vəziyyətdə, açıq şəkildə satılan toyuq budları, balıqlar, ütülmüş heyvan baş-ayağı da var.
Bundan başqa, ağartı məhsulları da yolkənarında açıq halda piştaxtaya düzülüb. Bu məhsulların antisanitar şəraitdə saxlanılması ikiqat təhlükəlidir. Çünki şor, kəsmik, pendir elə qidalardır ki, süfrəyə qoyulmazdan öncə yuyulmur, bişirilmir və tərkibindəki mikroblar birbaşa insan orqanizminə keçir.
Təəccüblü məqam isə odur ki, insanların sıx gəliş-gedişi olan yerdə ayaq altında satış həyata keçirən bu piştaxtalara görə satıcılar gündəlik olaraq, 10-20 manat arası icarə haqqı verirlər. Satıcılar bildirir ki, gün ərzində təxminən 100-ə yaxın piştaxtadan icarə haqqı alınır. Lakin onun müəyyən bu qismini abadlıq işlərinə sərf edib normal şərait yaratmırlar.
Satıcılar icarə haqqından əlavə gündəlik olaraq 2 manat mühafizə xidmətinə, 1 manat baytarlıq xidmətinə, 1 manat isə təmizlik işçilərinə verirlər. Bununla belə çirkab əlindən bazara girmək mümkün deyil.
Bazardakı satıcılarla da həmsöhbət olduq.
Adının çəkilməsini istəməyən satıcı vəziyyəti belə izah etdi: " 8-ci kilometr bazarı”nın normal kanalizasiya sistemi olmadığından hər tərəf yağı və çirkab suları ilə doludur. Yağıntı olan zaman buralar keçilməz olur. Bütün səliqəsizliklər, şəraitsizlikdən irəli gəlir. Hər gün minlərlə manat yerpulu yığırlar. Bazarı normal vəziyyətə gətirmək üçün 10-15 yük maşını çınqıl və yaxud daş qırıntısı tökmək lazımdır. Həmçinin hər 10 piştaxtadan sonra zibil qutusu qoymaq lazımdır. Ümumilikdə 2 min manat xərcləsələr bu biabırçılığa son qoyular. Piştaxtalarda çıxan tullantılar zamanında təmizlənsə bazar bu vəziyyətə düşməz.
Zibillər günün əvvəlindən başlayaraq yerlərə tökülür və axşama qədər hər tərəfdə qalaqlanır. Yalnız bazar bağlanandan sonra daşınmağa başlanır. O zamana kimi isə müştərilər iyrənc vəziyyətin şahidi olurlar”.(musavat/com)














Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi