Gələn ildən pensiyalar artırılacaq - Ekspert: "Bu dəfə artım daha çox ola bilər" (VİDEO)

img

07-10-2017 [21:38]


Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər. Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə məlumat verən nazir Səlim Müslümov dəyişikliklərdən sonra pensiyanın baza və sığorta hissəsi anlayışlarının ortadan qalxacağını və bütün pensiya məbləğinin indeksləşdiriləcəyini deyib.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu yenilik pensiyaçılara bir sıra üstünlüklər verəcək.

Vüqar Bayramov onu da bildirir ki, yeni sistemin digər üstünlüyü ondan ibarət olacaq ki, pensiya yaşı bitmiş, ancaq pensiya ödənişlərini bitirməyən şəxslər sonradan əlavə vəsait ödəməklə istədikləri vaxt pensiya ala biləcəklər. Əgər təkliflər qəbul olunarsa yeniliklərin gələn ildən tətbiq ediləcəyi gözlənilir

Onu da qeyd edək ki, hazırda dünyanın qabaqacıl ölkələrinin pensiya sistemindən məhz bütün pensiya məbləğinin indeksləşdirilməsi təcrübəsindən istifadə olunur./xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Pensiyalar artırılacaq - Bu dəfə artım daha çox ola bilər


Səlim Müslümov 2018-ci ilin dövlət büdcəsi haqqında da məlumat verib. O bildirib ki, növbəti ilin büdcəsində sosial xərclər 3 hissədən ibarətdir.

Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsindən ayrılan vəsaitlər sosail layihələrin tam icrasına kifayət edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA