"3 min verilməsə, söküləcək” - İcra başçısı sakinlərin evini sökdürür (FOTOLAR)

img

07-10-2017 [17:46]


Gəncənin Nizami rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Mia.az-ın məlumatına görə, bu barədə baku.ws-a sakinlər məlumat verib. 
Onların sözlərinə görə, ötən gün Nizami rayonunun icra başçısı Nizami Hacıyev "Bayan” küçəsinin sakinləri ilə görüşüb və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.

"İcra nümayəndələri bizə deyirlər ki, 4 sot torpağı sənədləşdirmək üçün 2500-3000 manat ödənilməlidir. Əks halda evlər söküləcək”, - deyə sakinlər iddia edirlər. 
Onların sözlərinə görə, 1993-94-cü ildən bu küçədə yaşayırlar.

"2006-cı ildə əhali sənədlərin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə qərar çıxarmışdı ki, hər bir evin sənədi verilsin. Lakin indi icra nümayəndələri deyirlər ki, məhkəmənin qərarını özündə əks etdirən sənəddə iki möhür əvəzinə bir möhür var”, - deyə sakinlər bildirir.

Hazırda "Bayan” küçəsində İcra Hakimiyyətinə məxsus texnikanın ərazidə olduğu və evlərin sökülməsi üçün göstəriş gözlədiyi bildirilir.

Məsələ ilə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA