06-10-2017 [12:05]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə "Azərbaycan Dəmir Yolları” ASC-nın sabiq sədri Arif Əsgərovun oğlu Elnar Əsgərov şahid kimi ifadə verib.
O, bu işdə atasının adının hallanmasına etiraz edib: "Atam uzun müddət rəhbər olsa da, mənim həmin qurumla əlaqəm olmayıb. Bu işdə mənə dair deyilənlərlə razı deyiləm. Eminlə (zərərçəkmiş) hər hansı biznes əlaqəm olmayıb. Sadəcə bizimlə birgə futbol oynayıb, orada tanımışam. Emilin kimlərdənsə pul almasından xəbərim yoxdu, nə edibsə özü edib. Bütün işlərdə də özü günahkardır. Mən sonradan bilmişəm ki, Emil ilə Emin arasında biznes əlaqəsi olub. Aralarında torpaq məsələsi var idi, torpaq sahəsini girov qoymuşdular. Xalam məndən xahiş etdi ki, həmin torpağın sənədini Emindən alım. Mən də bu barədə onunla söhbət etdim. Onların arasında pul problemi yaranandan sonra Emilin anası, yəni xalam Lətifədən 700 min dollar alıb Eminə qaytardım.
Mətbuatda yazırlar ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Bunlar doğru deyil, düz olanı yazın. Yazdıqlarınızı bizim qohumlarımız oxuyur”.
Təqsirləndirilən Emil Hüseynov isə xalası oğlu Elnarın (Arif Əsgərovun oğlu) yalan danışdığını deyib: "Mən bu adamlardan aldığım pulları Elnara vermişəm”.
Zərərçəkən Emin Məmmədov da E.Əsgərovun dediklərini təkzib edib: "Bütün işlərdən Elnarın xəbəri olub, bu barədə aramızda telefon danışıqları da var. Mesajlarda da yazmışam ki, Elnar mənə filan qədər borcun qaldı. Borcu yox idisə, mənə cavab yazardı ki, nə borc, nə danışırsan”.
Hakim bildirib ki, E.Əsgərov istintaqa ifadəsində biznes əlaqələrini təsdiqləyib.
E.Əsgərov isə Emil Hüseynovun camaatdan aldığı pulları özünün qaytardığını deyib: "Emil şükür etsin ki, ondan şikayətçi olub pulumu tələb etmədim”.
İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.
Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov "Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.
"Qafqazinfo"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi