02-10-2017 [19:39]
Bir neçə gün öncə məcburi köçkün, şəhid anası Füqura Quliyevanın Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciəti dərc olunmuşdu. Həmin müraciətdə şəhid anası evinin qəzalı vəziyyətdə olduğundan şikayətlənirdi. Məsələyə FHN-in münasibəti gecikməyib.
Nazirlikdən daxil olan məlumatda bildirilir ki,F. Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb.
"29 sentyabr 2017-ci il tarixində "Qafqazinfo.az” saytında dərc edilmiş "Məcburi köçkün, şəhid anası Füqura Quliyeva evinin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib” başlıqlı məqalə ilə bağlı bildiririk ki, Füzuli rayonunun Yuxarı Dilağarda kəndindən məcburi köçkün, hazırda Füzuli rayonunun Araz Dilağarda kəndində məskunlaşmış şəhid anası olan vətəndaş Füqura Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb. Bu səbəbdən də Füqura Quliyeva aidiyyatı üzrə Füzuli rayon İcra Hakimiyyətinə müraciət etməlidir.
Şəhid ailələrinin mənzillə təmin olunması isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri daxilindədir. F.Quliyeva məcburi köçkün olduğundan müvafiq yaşayış yeri ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməlidir. FHN tərəfindən vətəndaş Füqura Quliyevanın yaşadığı evə baxış keçirilməsi, evin hazırki vəziyyətinin müəyyən edilməsi və bu barədə aidiyyatı dövlət qurumlarının məlumatlandırılması məqsədilə Komissiya yaradılıb”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, F. Quliyevanın oğlu Natiq Quliyev 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi