02-10-2017 [14:52]
Azərbaycanlı məşhur kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ölümündən sonra onun "klan”ı getdikcə zəifləməkdədir.
Lənkəranskinin öldürülməsindən sonra onun rəhbərlik etdiyi mafioz qruplara müxtəlif gürcü kriminallar tərəfindən idarə edildiyi xəbərləri yayılıb.
Bəs Rövşənin yaxın adamları sayılan azərbaycanlı oğrular kimlərdir. Onlardan Ülfət Tağıyev (Rufo Gəncinski) və Zaur Şipilov (Zaur Naxçıvanski) həbsdə, Hacıbaba Talıbxanlı isə (Hacı Beylaqanski) isə hazırda Türkiyədir.
Arayış
Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.
Həmin vaxtı Rövşənin digər silahdaşı Ülfət Tağıyev də (Rufo Gəncinski) də taclandırılıb. Rufo hazırda Rusiyada cəza çəkir. Adam öldürməyə cəhddə təqsirləndirilən kriminal aləm üzvü 2015-ci ildə 8 il müddətə azadlıqdan məhrum edilib.
Zaur Şipilov kimdir?
Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov azərbaycanlılar içində çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, "Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. 21 yaşlı Zaur isə həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilir. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb. Zaur xırda cinayətlərdə iştirak edib. Lakin həmin dövrdə həbs olunub, hər hansı türmədə cəza çəkməsi ilə bağlı məlumat yoxdur. Adətən Rövşənin killerləri kimi tanınan Hacı Beylaqanski və Rufo Gəncinki ilə bir yerdə olub. Rusiya mətbuatında Zaur Şipilov Rövşən Lənkəranskinin "xaç oğlu” adlandırılıb. Məhz Rövşənin təşəbbüsü ilə ona 2013-cü ildə Türkiyədə keçirilən sxodkada "qanuni oğru” titulu verilib. 27 yaşında qanuni oğru olan Zaur Şipilov "Zaur Naxçıvanski” kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu oğru kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan "Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.
Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina” həbsxanasına gətirilir. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxır. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilir. Onu "Matroskaya Tişina” cəzaçəkmə müəssisindən Samara vilayətində olan həbsxanaya etap edilib. Həmin türmədə o, tanınmış qanuni oğru Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.
Zuar Şipilov 2017-ci ilin iyun ayında cəza çəkdiyi müəssisədən yenidən Verxneuralsk vilayətinə etap edilib.
Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatır. O, azərbaycanlılar içində ən gənc qanuni oğrulardan biridir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi