28-09-2017 [14:28]
""Hizbullah” son bir neçə ildə Əsədin yanında olmaq üçün Suriyaya minlərlə döyüşçü göndərib, İraq və Yəməndəki terror təşkilatlarına silah təqdim edib, Azərbaycan, Misir, Tailand, Kipr və Peruya da teraktlar təşkil etmək niyyətilə öz döyüşçülərini yollayıb. Bununla da "Hizbullah” son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpasına imkan verməyib”.
Bunu ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsində çıxışı zamanı Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen söyləyib.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-abildirib ki, "Hizbullah”ın əsas hədəfi İsraildir:
"Bilirsiniz ki, "Hizbullah” Xomeyninin yaratdığı və İranın da maliyyələşdirdiyi, şiələrə mənsub olan təşkilatdır. Amerika və digər xarici ölkələrin əksəriyyəti onu terror təşkilatı kimi tanısalar da, bəzi ölkələr "Hizbullah”ı bu cür qəbul etmir və onun rəhbəri Nəsrullahı da filosof kimi təqdim edirlər. "Hizbullah”ın əsas mərkəzi Yaxın Şərqdir və əsas işi guya, Fələstini müdafiə etməkdir.
Bir müddət Azərbaycanda da bu təşkilatın təsirinə düşənlər var idi. Hətta zamanında ölkəyə "Hizbullah” sözü yazılan baş çalmaları da gətirmişdilər.
Onlar gənclərə idman təlimləri keçir və guya, gələcəkdə Allahın əsgərləri olmalarını planlaşdırırdılar. Amma Azərbaycanda son vaxtlar bu təşkilatın geniş fəaliyyəti müşahidə edilmir. Ola bilsin ki, tək-tək adamlarda köhnədən qalma ideyalar mövcud olsun”.
Ekspertin fikrincə, hər şeyə rəğmən təşkilata qarşı ayıq-sayıq olmaq lazımdır:
"İndiyə kimi o qurumun Azərbaycanda terror istiqamətində birbaşa təşkilatlanması kimi bir şey olmayıb. Əgər "Hizbullah” hədəf kimi Azərbaycanı götürsə, burada da nələrsə edə bilərlər. Tutaq ki, İŞID Suriyada oturub Amerikada partlayış edir. Bu baxımdan hər şey mümkün ola bilər. Lakin bu gün biz hədəfdə deyilik. Terror mövcud siyasətə qarşı təzyiq vasitəsidir. Bizdə də təzyiqə səbəb olacaq hansısa siyasət mövcud deyil. Buna baxmayaraq, biz sığortalanmamışıq. Təbii ki, ayıq-sayıqlığımız qorumalıyıq.
Nəzərə alsaq ki, ölkə əhalisinin 60 faizindən çoxu şiədir, bu zaman bəzi insanların ideoloji cəhətdən beyinlərinin yuyulma ehtimalı var. O cür hallar varsa da, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə əməliyyat şəraitinə kifayət qədər nəzarət edə bilir. Ona görə də müəyyən mənada terrorların qarşısı qabaqcadan alınır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi