Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Mikayıl Cabbarov əmr verdi(Yenilənib)

img

28-09-2017 [12:21]


Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

Mia.az "qafqazinfo”ya istinadən xəbər verir ki, o, başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub. Bildirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılıb.

***

66 saylı "Tərəqqi” liseyindən unikal.org-a bildirilib ki, hələlik Məhbubə Məmmədovanın yerinə təyinat yoxdur. 

Məsələ ilə bağlı unikal.org-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, M. Məmmədova öz ərizəsi ilə işdən çıxıb: "Rəsmi direktor təyinatı isə hələlik yoxdur ".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA