26-09-2017 [19:43]
Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının – İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 26-da sessiyanın rəsmi açılışı olub.
İnterpolun tarixində ilk dəfə Çində keçirilən iclası Çin Xalq Respublikasının Sədri Si Tszinpin və İnterpolun baş katibi Yurqen Ştok açaraq qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Dörd gün davam edəcək tədbirdə qurumun fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, İnterpolun İcraiyyə Komitəsinin yeni üzvləri və ali vəzifəli şəxsləri seçiləcək, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılacaq.
Açılış mərasimindən sonra cənab Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy ilə görüşüb. Görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Həmin gün Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri cənab Qo Şenkun daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovu qəbul edib.
Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını və ən xoş arzularını cənab Qo Şenkuna çatdıran nazirin birinci müavini iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.
Qeyd olunub ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, ikitərəfli münasibətlərin inkişafında bir səhifə açmaqla əlaqələrin yeni mərhələyə qalxmasına təminat verib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.
Görüşdə xüsusən kibercinayətkarlıqla mübarizədə, kadrların hazırlığı sahəsində Çinin təcrübəsi yüksək qiymətləndirib.
Çinin ictimai təhlükəsizlik naziri Azərbaycan nümayəndə heyətinin sessiyada iştirakından məmnunluğunu, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bildirib.
Tədbir çərçivəsində cənab Vilayət Eyvazov Çinin ictimai təhlükəsizlik nazirinin müavini Vei Li, Moldovanın daxili işlər naziri Aleksandr Jizdan ilə də görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi