İlham Əliyev göstəriş verdi – Myanma müsəlmanlarına yardım göndərilir

img

08-09-2017 [14:33]


Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.

Humanitar yardım "SilkWay” aviaşirkəti vasitəsilə Rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA