30-08-2017 [13:12]
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə təqsirləndirilən şəxs Samir Nəbiyev vəkili Ceyhun Yusifovdan imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Prosesdə zərərçəkən Əlikram Camalovun vəkili İmaməli Əskərov S.Nəbiyevin səmimi etirafını və peşmançılığını, onun adından saytlarda yayılan məlumatları təkzib etdiyini, Ə.Camalovdan pulunu qaytarmamasını imkansızlığı ilə izah etməsini nəzərə alaraq, vurulmuş zərəri tələb etmədiklərini bildirib. Hakim S.Yusifovun vəkildən imtinasını qəbul edərək C.Yusifovu məhkəmə zalından çıxarıb.
Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı cəza istəmək üçün vaxt istəyib. Proses sentyabrın 5-də davam etdiriləcək.
Samir Nəbiyevin dediyinə görə, onun Ə.Camalovu aldadıb pulunu ələ keçirmək kimi niyyəti olmayıb. "Sadəcə, Ə.Camalovdan aldığım pulu imkansızlıq üzündən qaytara bilməmişəm və sonradan da ailə üzvlərimin xəstəliyi, atamın vəfatı səbəbindən bütün işlərimi dayandırmaq məcburiyyətində qaldım. İstintaq zamanı məcbur qalıb vəkilin yardımına müraciət etdim. Lakin Ceyhun Yusifovun mənim adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya müraciətlərindən məlumatım olmayıbr. Məhkəmənin gedişi vaxtı müxtəlif saytlarda adımdan yayılan məlumatlar mənim istəyimlə deyil, vəkil Ceyhun Yusifov öz reytinqini qaldırmaq üçün edib. Ə.Camalovdan pulu alıb qaytarmadığım halda, sonradan onun haqqında bu cür müraciətləri yaymaq mənim xarakterimə, şəxsiyyətimə uyğun deyil. Bu cür məlumatların yayılmasına təəssüf edirəm. Həm də ona təəssüf edirəm ki, vaxtında səhvimi boynuma alaraq Əlikram müəllimə aldığım pulları qaytara bilmədiyimi, utandığımdan onunla görüşlərdən yayındığımı, mağazanı bağladığımı ona izah etməmişəm.
Məhkəmənin ilk iclasında Ə.Camalov mənəgüzəştəgedəcəyini bildirmişdi.Sonradan vəkilim C.Yusifov bəzisaytlarda Ə.Camalov haqqında yanlış,həqiqətəuyğun olmayan müraciətlər yaydıqdan sonra Əlikram müəlliməmüraciət etməyə üzüm gəlmədi.Məni bu cür çıxılmaz vəziyyətə saldığına görə C.Yusifovdan vəkil kimi imtina etmişəm və bildirirəm ki, bu gündən mənim işim barədə onun danışmağa ixtiyarı yoxdur. Bütün KİV-dən də xahiş edirəm ki, mənim bu müraciətmi nəzərə alaraq, bir daha C.Yusifovun mənim işim barəsində danışdıqlarını yaymasınlar.
Ümid edirəm ki, Ə.Camalov respublikada tanınan bir sahibkar, ağsaqqal kimi mənim vəziyyətimi nəzərə alacaq. Bu vaxta qədər baş verənlərə, mənim istəyimə zidd olaraq vəkil C.Yusifov tərəfindən Əlikram müəllim barəsində əsassız məlumatların yayılmasına görə üzrxahlığımı qəbul etməsini xahiş edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi