26-08-2017 [23:24]
5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət əməli barədə məlumat vermişdik.
Araşdırma zamanı məlub okib ki, uşağın anası xristian yönümlü "Üzüm bağı" təriqətinin üzvü imiş.
Sonuncu məhkəmə prosesində hadisənin təfərrüatı haqda ətraflı ifadə verməyən N.Qulubəyovanın həbs edilən zaman istintaqa dedikləri məlum olub.
İstintaq zamanı Nazilə Qulubəyova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Məhkəmədə isə, niyə görə həbs edilməsindən xəbərsiz olduğunu demişdi. O, qeyri-ixtiyari hərəkətlər edirdi.
N.Qulubəyova istintaqdakı ifadəsində göstərib ki, həyat yoldaşı və oğlu ilə bir yerdə yaşayıb. Həyat yoldaşı Heydər Əliyev adına hava limanında işləyib, özü isə evdar qadın olub.
Həyat yoldaşı ilə münasibətləri əvvəllər yaxşı olsa da son illər qayanası Nataliyaya görə aralarında münasibətlər pozulub. Onun sözlərinə görə, əri ilə problemlər yaşayarkən o, anasının tərəfini tuturmuş.
N.Qulubəyova bildirib ki, tez-tez aralarında mübahisə olsa da, əri heç vaxt onu vurmayıb və korluq çəkmələrinə qoymayıb.
O, dinə marağı haqda da istintaqın suallarını cavablandırıb.
Qulubəyova ifadəsində gənc yaşlarında dinə maraq göstərdiyini, sosial şəbəklərdə dini təriqətlərlə maraqlandığını, videoçarxlara baxdığını, əvvəl İslam dininə maraq göstərsə də, sonradan İsa peyğəmbərin təriqəti ilə maraqlanmağa başladığını deyib.
O, əri Rüfət Qulubəyovun dostu Eminin arvadı Sima ilə görüşdükdən sonra bu dinə marağının yarandığını bildirib.
"Dedi ki, gəl səni özümlə bir yığıncağa aparım. Orada insanlar bir yerə toplaşır, İsa peyğəmbərə sitayiş edir, rahatçılıq tapırmışlar. Əvvəlcə istədim gedəm, amma Rüstəm qoymadı. Sonra sosial şəbəkədə video-çarxa baxdım. Sonra qərara gəldim ki, o yığıncaqda iştirak edim. 2016-cı ilin 9 oktyabrında səhər saatlarında Sima ilə bilrlikdə onun avtomobili ilə Gənclik metrostansiyası yaxınlığında yerləşən bir ofisə gətdik. Yığıncaqda 30 nəfərə yaxın insan var idi. Oraya yığılanların mahnı oxuduqlarını və İsa peyğəmbəri çağırdıqlarını gördüm".
Onun sözlərinə görə rəfiqəsi Simagilin oxuduğunu görüb özü də həmin sözləri təkrar etməyə başlayıb.
"İsa peyğəmbərin işıqlı simasını gördüm. Titrəməyə başladım. Sima dedi ki, narahat olma, səni İsa seçdi, ona görə belə hala düşdün. Hiss etdim ki, İsa peyğəmbərin mənə deyəcək sözü var. Həmin sözü həm Eminə, həm də oradakı şəxslərə çatdırmalıyam. Eminə dedim ki, İsanın sənə sözü var, o isə mənə qulaq asmadı”.
Qulubəyova əlavə edib ki, həmin ofisdə ona bir şüşə çaxıra bənzər maye və çörək veriblər və deyiblər ki, bu İsanın qanıdır. O, da həmin mayeni içib. Bundan sonra daha da titrəməyə başlayıb.
"Bir nəfər əlində kisə oradakılardan pul yığırdı. Mən də kisəyə pul atdım. Pulu niyə yığdıqlarını bilmirdim. Təxminən günorta saatlarında yığıncaqdan çıxıb evə gəldim. Orada iştirak etməyimdən ərimin xəbəri oldu. Bir daha oraya getməyi mənə qadağan etdi. Evdə internetdə Bibliyaya qulaq asırdım. Qulağıma səslər gəlirdi. İsa mənə dünyanı dəyişmək və pislikləri məhv etmək istədiyini deyirdi. Bununla bağlı Simaya və onun bacısına da dedim. Onlar "biz də İsanı görmüşük, yaxınlarda dünya dəyişəcək" deyirdilər. Həmin gündən sonra mütəmadi olaraq qulağıma səslər gəlirdi. Bu səslər mənə "Kitabı oxu” əmri verirdi. Kitabı oxuduqca İsa peyğəmbərin şeytanları öldürdüyünü görürdüm. Hadisə baş verən gün səhər tezdən yuxudan oyandım. Həyat yoldaşım sübh tezdən işə getdi. Oğlum isə xəstə olduğu üçün bağçaya getməmişdi. Təxminən saat 18 radələrində kitab oxuyarkən İsa peyğəmbəri gördüm. Mənə dedi ki, oğlunun ağzına ağ rəngli köynəklə tut ki, içərisində olan pisliklər çıxsın. Həmçinin uşağın əlini və ayaqlarını ağ rəngli köynəklə bağlamağımı əmr etdi. Onun dediklərini etdim. Əllərini və ayaqlarını "sviter"lə bağladım. Fərid çabalasa da İsa dedi ki, ağzını buraxma, qoy içərisində olan pisliklər tam çıxsın. Mən də uşağın çabalamasına baxmayaraq ağzından möhkəm tutdum, bir əlimlə isə telefonda dualar oxudum. Uşağın halının pisləşdiyini hiss edirdim, amma İsa uşağı buraxmağıma icazə vermirdi. Fəridə baxdıqca onun simasında şeytan görürdüm. İsa deyirdi ki, sən oxu, mən onu geri qaytaracam.
Təxminən 20 dəqiqə uşağın ağzını tutduqdan sonra onun öldüyünü gördüm. Tez Simaya və Tahirəyə uşağın ölməsiylə bağlı mesaj yazdım. Onlar "darıxma, ölməyib, İsa onu geri qaytaracaq” dedilər. İsa isə deyirdi ki, fikrini yayındırma, ona görə də evin qapısı döyülsə də açmırdım. Daha sonra mənə dedi ki, uşağın əlini-qolunu bağladığı paltarları qara torbaya qoy, balkonda gizlət. Mən də onun dediklərini yerinə yetirdim. Uşağın oyuncaqlarını da balkonda gizlətdim. Bir qədər sonra qapı açıldı, içəri polis əməkdaşları, həyat yoldaşım girdi. Mən uşağı öldürmək istəmirdim, təsir altına düşmüşdüm. Özümü çox pis hiss etdim. İsa mənə dedi ki, uşağı boğ, onun canından pisliklər çıxsın. Heç vaxt psixi xəstəliyim olmayıb, xəstəxanada müalicə almamışam. Hadisə zamanı oğlundan və özündən başqa evdə heç kim olmayıb"- deyə N.Qulubəyova dəhşətli cinayətin təfərrüatlarını danışarkən deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi