16-08-2017 [23:20]
Polis qardaşını bıçaqla qətlə yetirən Bakı şəhər sakini cinayət məsuliyyətindən qaçmaq üçün özünü dəliliyə vurub.
Bu barədə "Sputnik Azərbaycan"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xatırladaq ki, polis əməkdaşlarının Qaradağ rayonu ərazisində gördüyü operativ tədbirlər nəticəsində avqustun 3-də qardaşı, Çevik Polis Alayının əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Əliyev Murad Ramazan oğlunun ürəyinə 3 bıçaq zərbəsi endirməklə onu qətlə yetirmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Ramazan oğlu saxlanılıb.
Qətl hadisəsi paytaxtın 9-cu mikrorayonunda, Murad Əliyevin yaşadığı ünvanda baş verib. Axşam saat 17:00 radələrində Əli Əliyev qardaşına ürək nahiyəsindən üç bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.
Ötən bazar günü (avqustun 13-də), avqustun 4-də haqqında axtarış elan edilmiş Əli Əliyev Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 7 saylı Şəhər Kliniki Xəstəxanasında aşkar edilib. Məlum olub ki, avqustun 11-də Əliyev Qaradağ rayonunun ərazisində huşsuz vəziyyətdə tapılaraq sözügedən xəstəxanaya gətirilib.
Bununla belə, polis əməkdaşlarının öz həmkarlarının qətlinin üstünü necə açmasının təfərrüatları məlum olub. Onlar Əliyevi yarıçılpaq və anlaqsız vəziyyətdə tapıblar. Cavan oğlan polislərin suallarına cavab verməyib və polislər elə biliblər ki, o, laldır. Ona görə də, qərara gəliblər ki, Əliyevi Maştağa qəsəbəsində yerləşən, lal-kar xəstələrin müalicəsi üçün ixtisaslaşmış 7 saylı şəhər xəstəxanasına gətirsinlər.
Onlar cavan oğlanın doğmalarını tapmaq üçün onun şəxsiyyətini müəyyən etməyə çalışıblar. Polislər xəstəxanaya ekspert-psixiatr cəlb ediblər və tezliklə məlum olub ki, Əliyev lal deyil. O, sadəcə polisi aldadır. Lakin polislər şəxsiyyəti məlum olmayan adamı zorla danışdırmağa cəhd etməyiblər. Onlar problemi bu yolla həll etmək qərarına gəliblər — sadəcə xəstənin şəklini çəkmək və yerli telekanallarda yaymaqla onu tanıyanlardan yardım istəmək. Əliyevin valideynləri çox tez tapılıblar və məlum olub ki, məhz o qardaşını öldürüb.
Əliyev qardaşını qətlə yetirdikdən sonra özünə də qəsd etməyə çalışıb. O, məsuliyyətdən yayınmaq üçün özünü dəliliyə və xəstəliyə vurmağa da cəhd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi