Azərbaycanın müdaxiləsindən sonra etiketləri üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyi konyakların Almaniyada satızın&#

img

04-08-2010 [05:56]


Azərbaycanın Almaniyadakı səfirliyi bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində Heilbronn şəhərində (Baden-Vürtemberq əyaləti) satışda olan Ermənistan istehsalı konyakların etiketlərinin üzərində Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərildiyinə dair məlumatla əlaqədar müvafiq araşdırmalar aparıb. Azərbaycanın Ştuttqart şəhərindəki fəxri konsulluğu vasitəsilə bu konyakların Almaniyada satışını həyata keçirən ?Aniland GmbH? şirkəti ilə əlaqə saxlanılmış və müvafiq məktub göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, məsələ ilə bağlı şirkətdən daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, ?Aniland GmbH? özünü heç bir halda Cənubi Qafqazda baş verən siyasi proseslərə qatmaq istəmir. Bu səbəbdən 2010-cu ilin yanvarından şirkət tədarükçüsündən həmin konyakların etiketlərinin dəyişdirilməsini tələb edib. Bundan əlavə, məktubda bu konyakların 2010-cu ilin yanvarından satılmadığı, səhv etiketlənmiş konyakların Ermənistana geri göndərildiyi və gələcəkdə şirkət tərəfindən ancaq müvafiq etiketli konyakların satışının həyata keçiriləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA