"Ye­ni qu­ru­lan ai­lə­lə­rin da­ğıl­ma­sı­nın bir sə­bə­bi də xa­ri­ci tə­sir­lər­dir"

img

09-08-2017 [12:48]


Gü­nü­mü­zün ak­tu­al prob­lem­lə­rin­dən bi­ri, bəl­kə də ən cid­di­si ai­lə-tər­bi­yə mə­sə­lə­si­dir. Mü­şa­hi­də və fakt­lar gös­tə­rir ki, son il­lər ye­ni qu­rul­muş ai­lə­lə­rin bə­zi­lə­rin­də xo­şa­gəl­məz ha­di­sə­lər baş ve­rir, bo­şan­ma-ay­rıl­ma hal­la­rı gü­nü-gün­dən ar­tır. Ümu­miy­yət­lə, ai­lə­lə­rin da­ğıl­ma­sı tək bir ai­lə­nin yox, bü­töv­lük­də cə­miy­yə­tin na­ra­hat­lı­ğı­na sə­bəb olur. Çün­ki bu, əsr­lər­dir for­ma­laş­mış mil­li-mə­nə­vi də­yər­lə­rə də zər­bə vu­rur.

Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə əsa­sən, son za­man­lar ye­ni ev­lə­nən cüt­lük­lər ara­sın­da bo­şan­ma fak­tı da­ha çox qey­də alı­nır.

Azər­bay­can­da bo­şa­nan­lar ara­sın­da ni­ka­hı 5 ilə qə­dər da­vam edən­lər çox­luq təş­kil edib. 2016-cı il ər­zin­də Azər­bay­can­da 13114 bo­şan­ma qey­də alı­nıb.

Bo­şa­nan­la­rın 4869-nun ni­ka­hı 5 ilə qə­dər, 3668-nin ni­ka­hı 5-9 il, 2806-nın ni­ka­hı 10-19 il, 1771-nin ni­ka­hı 20 il və çox da­vam edib.

Bo­şan­ma­lar da­ha çox 30-34 yaş­lı ki­şi­lər, 25-29 yaş­lı qa­dın­lar ara­sın­da qey­də alı­nır.

Ötən il bo­şa­nan ki­şi­lə­rin 2-si­nin ya­şı 18, 6-sı­nın ya­şı 19 olub. Qa­dın­la­ra gəl­dik­də, ötən il 18 ya­şın­da bo­şa­nan qa­dın­la­rın sa­yı 39, 19 ya­şın­da bo­şa­nan qa­dın­la­rın sa­yı 132 nə­fər olub.

Ümu­mi­lik­də, 2016-cı il­də bo­şa­nan ki­şi­lə­rin 627-si 20-24 yaş­lı, 2725-i 25-29 yaş­lı, 3198-i 30-34, 2288-i 35-39 yaş­lı, 1436-sı 40-44 yaş­lı, 1140-ı 45-49 yaş­lı, 746-sı 50-54 yaş­lı, 448-i 55-59 yaş­lı, 373-ü 60 və yu­xa­rı yaş­lı olub.

Ni­kah və­ziy­yə­ti 5 ilə­dək da­vam edə­rək bo­şa­nan ki­şi­lər ara­sın­da 25-29 yaş­lı­lar üs­tün­lük təş­kil edib. Ötən il 1902 nə­fər 25-29 yaş­lı ki­şi 5 ilə­dək da­vam edən ni­ka­hı­na son qo­yub.

Ni­kah və­ziy­yə­ti 5 ilə­dək da­vam edə­rək bo­şa­nan qa­dın­lar ara­sın­da 20-24 yaş­lı­lar üs­tün­lük təş­kil edib. Ötən il 11916 nə­fər 20-24 yaş­lı qa­dın 5 ilə­dək da­vam edən ni­ka­hı­nı ləğv et­di­rib.

Ni­kah­la­rı 5-9 il da­vam edən qa­dın­lar ara­sın­da isə 25-29 yaş­lı­lar çox­luq təş­kil edib. Ötən il bu yaş­da olan 1644 qa­dın bo­şa­nıb.

Azər­bay­can­da bo­şa­nan­lar ara­sın­da ni­ka­hı 5 ilə qə­dər da­vam edən­lə­rin çox­luq təş­kil et­mə­si ba­rə­də fi­kir bil­di­rən psi­xo­loq Kö­nül Va­qif­qı­zı bi­zim­lə söh­bə­tin­də ma­raq­lı mə­qam­la­ra to­xun­du. O bil­dir­di ki, gənc­lə­ri ai­lə qur­ma­ğa tə­ləs­dir­mək la­zım de­yil. Bu­na on­lar öz­lə­ri də ha­zır ol­ma­lı­dır: "Bə­zən cüt­lük­lər ni­şan­lan­ma­ğa, ni­şan­lı qal­ma­ğa eti­na­sız ya­na­şır­lar. Ək­si­nə, bir müd­dət ni­şan­lı qal­maq va­cib­dir. Çün­ki bu dövr­də ni­şan­lı gənc­lər bir-bi­ri­ni da­ha yax­şı ta­nı­yır­lar. Qu­rul­muş ai­lə­nin da­ğıl­ma­ğın­dan­sa, ni­şa­nın po­zul­ma­sı da­ha yax­şı­dır. Bu­ra­da bir qə­ba­hət yox­dur. De­mək, gənc­lər bir-bi­ri­ni yax­şı ta­nı­mır­mış və da­ha doğ­ru­su, xa­siy­yət­lə­ri uy­ğun gəl­mir­di. Gənc ai­lə­lə­rin qo­run­ma­sı, on­la­rın bü­növ­rə­lən­mə­si, qol-bu­daq at­ma­sı hər iki tə­rə­fin, hər iki ai­lə­nin bir-bi­ri­nə mü­na­si­bə­tin­dən çox ası­lı­dır. Ha­mı gənc ai­lə­nin qay­ğı­sı­na qal­ma­lı, xır­da na­ra­zı­lıq­la­rı­nın bö­yü­mə­si­nin qar­şı­sı­nı al­ma­lı, meh­ri­ban­çı­lı­ğın po­zul­ma­sı­na yol ver­mə­mə­li­dir­lər".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, ye­ni qu­ru­lan ai­lə­lə­rin da­ğıl­ma­sı­nın bir sə­bə­bi də xa­ri­ci tə­sir­lər­dir: "Te­le­vi­zi­ya ya­yım­la­rın­da nü­ma­yiş et­di­ri­lən se­ri­al­lar, in­ter­net, mo­bil te­le­fon­lar gənc­lə­rin tər­bi­yə­si­nə müs­bət­dən çox mən­fi tə­sir edir, on­la­rın mil­li men­ta­li­te­ti­miz­dən da­ha çox xa­ri­ci dav­ra­nış­dan bəh­rə­lən­mə­si­nə, xal­qı­mı­za yad olan adət-ənə­nə­lə­rə uy­ma­sı­na gə­ti­rib çı­xa­rır. Bu da gə­lə­cək­də acı son­luq­la nə­ti­cə­lə­nir. Gü­nü­nü so­si­al şə­bə­kə­də ke­çi­rən, in­ter­net, te­le­vi­zi­ya­lar­da ya­yım­la­nan se­ri­al­la­rı iz­lə­yən gənc­lə­rin bir qis­mi ai­lə hə­ya­tı­na la­qeyd ya­na­şır, qur­duq­la­rı ai­lə­nin qəd­ri­ni bil­mir, su­bay vaxt­la­rın­da­kı mən­fi vər­diş­lə­rin­dən əl çək­mək is­tə­mir­lər. Nə­ti­cə isə acı­na­caq­lı olur. Əv­vəl­lər qu­ru­lan ai­lə­lər bu gün­kün­dən da­ha da­ya­nıq­lı olub. Özü də keç­miş vaxt­lar­da gənc­lər bir-bi­ri­ni hət­ta gör­mə­yə-gör­mə­yə, va­li­deyn­lə­rin məs­lə­hə­ti ilə ai­lə qur­sa­lar da, bu ai­lə­lə­rin ço­xu eti­bar­lı olub, bo­şan­ma hal­la­rı tə­sa­dü­fən olub. Nə­yə gö­rə? Ona gö­rə ki, hə­min vaxt­lar va­li­deyn, ağ­saq­qal-ağ­bir­çək sö­zü, məs­lə­hə­ti qa­nun­dan qüv­vət­li olub. Ədəb-ər­kan göz­lə­ni­lib. Bö­yük-ki­çik ye­ri bi­li­nib. Qo­hum-öv­lad üzü­nə ağ olun­ma­yıb. İs­mət, qey­rət in­san­la­rın ya­ra­şı­ğı, qü­ru­ru olub. Ai­lə­də bö­yü­yün hör­mə­ti hər şey­dən üs­tün tu­tu­lub. Ər-ar­vad mü­na­si­bət­lə­rin­də öl­çü-bi­çi göz­lə­ni­lib. Hü­quq­lar ey­ni ol­sa da, ki­şi­nin ki­şi, qa­dı­nın qa­dın ye­ri olub.

Mən müa­sir­li­yin əley­hi­nə de­yi­ləm. An­caq müa­sir­lik pər­də­si al­tın­da men­ta­li­te­ti­mi­zə zər­bə vu­ru­lur­sa, bu­na qar­şı mü­ba­ri­zə apar­maq la­zım­dır".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA