03-08-2017 [15:45]
Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub.
Hadisədən bir neçə saat əvvəl qadınlar altıaxşam (ritual: ad qoyma) mərasimi keçirirmişlər. Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür.
İnanclara görə, bu, ondan ötrü edilir ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə "körpənin cindən qorunması üçün" onun yanında böyük adam da qalır. Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib beşiyinə qoyub.
Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Nənə A.Nurullayeva iynələri və sancaqları körpə qızın bədəninə sancıb. Dediyinə görə, o, bu hərəkəti cinlərin üstünə ata biləcəyini düşünüb.
"Mən ikinci qız istəmirdim, oğlumun oğlu olmasını istəyirdim. Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də körpəni götürüb su quyusuna atdım", - A.Nurullayeva istintaqa ifadəsində bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Report.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi