“Dəniz Kuboku – 2017”nin püşkü atıldı – SİYAHI + VİDEO

img

03-08-2017 [13:12]


"Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində keçirilən "Dəniz Kuboku – 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən müsabiqənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı epizodlarının yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib:

""Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizodun icrasına Rusiya birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü və İran dördüncü başlayacaq.

"Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizodun icrasına Qazaxıstan birinci, Azərbaycan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq.

"Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodun icrasına Qazaxıstan birinci, Rusiya ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.

"Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.

"Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 6-cı epizodun icrasına Rusiya birinci, İran ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA