Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb

img

16-07-2017 [23:42]


Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin "The Local” nəşrinin təsisçisi Ceyms Sevec bildirib.
 
"Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin "The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb”, C.Sevec qeyd edib.
 
Bu gün Reuters agentliyi "The Local”-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. "Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz”, məktubda vurğulanıb.
 
Öz növbəsində, FİFA-dan bildiriblər ki,  qurumun ünvanına adıçəkilən məzmunda məktub daxil olmayıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA