"2022-dəki Dünya Çempionatı Qətərdə keçirilməsin" - Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanladı

img

16-07-2017 [10:18]


Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb.

Bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.
 
O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
 
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
 
Xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.
 
Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA