11-07-2017 [14:13]
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq” qəzetinin suallarını cavablandırarkən media orqanlarında, sayt və qəzetlərdə mövzuların, xəbərlərin, informasiyaların təkrar olunmasına, bir-birinə bənzəməsinə, hətta nöqtə-vergülünə kimi tamamilə eyni olmasına münasibət bildirib.
S.Verdizadə deyib ki, mövcud problemin yaranmasının başlıca səbəbi mətbuatın maddi-texniki bazasının zəif olmasıdır.
Ekspertin sözlərinə görə, hamını tənqid edən media nümayəndələri mühüm məqamlarda öz fəaliyyətini də mühakimə etməkdən çəkinməməlidir:
"Hazırda redaksiyaların əksəriyyətində əməkdaşların sayı iki əlin barmaqlarını ötmür. Səkkiz-on nəfərlə gündəlik qəzet çıxarmaq əməkdaşlardan xüsusi bacarıq, zəhmət və cəsarət tələb edir. Xüsusi istedad sahibi olan zəhmətkeş jurnalistlərin bir çoxu hələ bir neçə il əvvəl öz fəaliyyət istiqamətlərini dəyişiblər. Peşəkar jurnalistlərin mətbuatı tərk etməsi 2000-ci ilin əvvəllərinə təsadüf edir. "Media həmrəyliyi”, yaxud "xəbər paylaşımı” kimi təqdim edilən anlayış əslində, "karusel jurnalistikası” deməkdir.
Mən bu cür hallarla ilk dəfə 2005-ci ildə qarşılaşmışam. Ayağını redaksiyadan bir addım kənara qoymayan müxbirin iş vaxtı başa çatanda redaktora 6-7 xəbər təqdim etdiyinin şahid olmuşam. Hələ o vaxtdan 5-6 jurnalist öz aralarında şəbəkə yaradıb, birgə fəaliyyət göstərirdilər. 2005-ci ildə "Xəzər” qəzetində redaktor işləyəndə seçdiyim sərlövhələrin ertəsi gün onlarla qəzetdə yer aldığını görmüşəm. Məncə, "karusel jurnalistika” oxucuya hörmətsizlikdir”.
JAM sədri deyib ki, "karusel jurnalistikası”nın inkişafı mətbuatın rəngini dəyişib, qəzet səhifələrini boz-bulanıq, cansıxıcı edib:
"Bu cür "jurnalistika” oxucuların mətbuata marağının azalmasına gətirib çıxarıb. "Karusel jurnalistikası”ndan istifadə təkcə oxucuya və redaksiya rəhbərliyinə hörmətsizlik deyil, həm də jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır. Bu cür fəaliyyətlə məşğul olan jurnalist getdikcə tənbəlləşir, yaradıcılıq imkanlarını itirir, axtarışlardan geri qalır. Yalnız tələbkar redaktor korpusunun sayəsində belə mənfi halların qarşısını almaq mümkündür. Nəhayət, jurnalist özü dərk etməlidir ki, ən böyük pisliyi özünə edir. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatında ixtisaslaşma prosesi zəif gedir. İqtisadiyyatdan, idmandan, mədəniyyətdən, səhiyyədən yaxşı yaza bilən jurnalistlərin sayı çox azdır. Günün səhəri Milli Məclisin üzvü Tahir Kərimli ilə müsahibəyə gedən jurnalisti axşam müğənni Elza Seyidcahanın konsertinə göndərmək mətbuatın faciəsidir”.
Jurnalist vurğulayıb ki, tədbirlərdən hazırlanan xəbərlərin biri-birinə bənzəməsi ciddi faciə deyil. Əsas faciə odur ki, xəbərə çevrilməyə layiq olmayan tədbirlər də mətbuatda işıqlandırılır:
"Münasibət jurnalistikasından, tədbir jurnalistikasından əl çəkmək lazımdır. Jurnalistin vəzifəsi təkcə mətbuat konfranslarından xəbər hazırlamaqdan ibarət deyil. Onsuz da informasiya agentlikləri bu işlə məşğul olurlar. Əsl jurnalist daim axtarışda olmalı, özəl xəbərləri, oxunaqlı reportajları, hadisələrə özünəməxsus yanaşma tərzi ilə oxucunu heyrətləndirməyi bacarmalıdır”.
S.Verdizadənin fikrincə, sovet dövründə olduğu kimi, redaksiyalarda şöbələri bərpa etmək lazımdır:
"Hər bir jurnalist konkret sahə üzrə ixtisaslaşmalıdır. Jurnalist üzümçü, ya da pambıqçı deyil ki, onun üçün plan müəyyənləşdirəsən. Təəssüf ki, bəzi redaksiyalarda jurnalistə "sağıcı” kimi yanaşırlar. Sağıcı səhər və axşam inəkdən bir vedrə süd sağdığı kimi jurnalistdən də gündə bir səhifə material yazmaq tələb olunur. Bu cür hallar mətbuatı nüfuzdan salır, jurnalistin ortaya qoyduğu işin keyfiyyətinə mənfi təsir göstərir. Redaksiyalar jurnalistlərin əməyinə yüksək qiymət verməlidir. Jurnalist aldığı məvaciblə özünü, ailəsini təmin etməlidir ki, gözü onun-bunun əlində və ya işində olmasın”.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...