05-07-2017 [15:14]
Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Sürət həyatda tərəqqi, yolda təhlükədir”- yol hərəkəti təhlükəsizliyi üçün təbliğatın gücləndirilməsi layihəsi çərçivəsində IV İslam Həmrəyliyi Oyunları, "Formula 1 Azərbaycan Qran Prisində Yol Polisinin fəaliyyəti! və 2 İyul - Polis Günü münasibəti ilə tədbir keçirib. Avtosfer.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi sədri Elməddin Muradlı deyib ki, bir çox hallarda vətəndaşlar hüquqlarını bilirlər, amma vəzifələrini bilmirlər: "Onlarla bəzən polis əməkdaşları arasında anlaşılmazlıq yaranır. Bəzi hallarda sürücülər polislərə qarşı şərləmə metodlarından istifadə edir. Polis olmayan yerlərdə özbaşınalıqların sayı daha çox olur. Bəzən polislərin yollarda dayanmaması məsələsini irəli sürürlər. Bu, hələ ki, mümkün deyil. Mən polislərin tərəfini tutmuram, amma bu faktı da deməliyəm. Polislərin də nöqsana yol verənləri olur, nöqsan olursa, cəzası da olur. Hər il şahidi oluruq ki, neçə polis əməkdaşı cəzalandırılır”.
Elməddin Muradlı bildirib ki, layihənin məqsədi yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inamın daha da artırılması, ictimaiyyətin diqqətini yol-nəqliyyat hadisələrinə yönəltməkdir. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün geniş maarifləndirmə işi aparılmalıdır. Qəzaların əksəriyyəti piyada vurulmasıdır ki, bu da sürücülərlə piyadalar arasındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat işlərini gücləndirmək lazımdır.
Qeyd edilib ki, yol polisi əməkdaşları IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və həmin yarışların keçirildiyi günlərdə qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Yarışların ölkəmizdə əmin-amanlıq şəraitində keçməsi üçün hüquq mühafizə orqanlarının, o cümlədən yol polisi əməkdaşlarının xidməti və fədakar fəaliyyəti vətəndaşlarımız və ölkəmizə gəlmiş çoxsaylı qonaqlar tərəfindən razılıqla qarşılanıb.
Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanda yol polisinin peşəkarlığı ildən-ilə artır: "Onlar nəinki öz işlərini görürlər, hətta vətəndaşlara kömək də edirlər. Azərbaycan polisi təhlükəsizliyi tam təmin edir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib. Həmin oyunlar zamanı polis təhlükəsizliyi təmin etdilər, biz ona görə də polislərə minnətdarlığımızı bildiririk”.
Deputat Flora Qasımova bildirib ki, polislər çətin işlərin öhdəsindən gəlirlər. Onun sözlərinə görə, yol polisləri olmazsa, yol qəzalarının sayı daha da artar.
Millət vəkili Fərəc Quliyev bildirib ki, Azərbaycan polisinin danılmaz xidmətləri var: "Son illər baş verən hadisələr də göstərdi ki, Azərbaycan xalqının, ölkə rəhbərliyinin keşiyində elə Azərbaycan polisi dayanıb və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi bu komanda xalqa, dövlətə xidmət edir".
Gənc millət vəkili Şahin İsmayılov isə deyib ki, yol polisləri yol təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olan şəxslərdir və hər zaman onlara dəstək olmaq lazımdır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi yol polislərinə stimul verir: "Vətəndaşların təhlükəsizliyinin qorunmasında yol polislərinin rolu böyükdür. Onlar çətin şəraitdə olsa da, xidmət aparırlar. Mətbuat polis əməkdaşlarının əməyini işıqlandırmalıdır ki, onlar stimul alsınlar”.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, polis orqanlarında xidmət keçmək asan deyil, çətinlikləri çoxdur. O, bu sahə ilə bağlı qanunvericilikdə dəyişiklərin olduğunu xatırladıb: "Bu çərçivədə polis əməkdaşları peşəkarlıqlarını artırmalıdırlar. Ümid edirəm ki, Azərbaycanda yol təhlükəsizliyi Avropa ölkələrinin səviyyəsinə çatacaq”.
Sonra xidmətdə fərqlənən 26 yol polisi əməkdaşı tədbir təşkilatçıları tərəfindən mükafatlandırılıb. Onlar aşağıdakılardır:
IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran Prisində nümunəvi xidmətinə görə və 2 İyul Polis Günü münasibətilə
TƏLTİF EDİLİR
1 Şükürov Ürfət Rəsul oğlu – mayor – Baş DYPİ - YPXA-nın 1-ci tağımının komandiri
2 Əliyev Rasim Babakişi oğlu – leytenant – Baş DYPİ YPXA-nın 1-ci tağımı
3 Mehdiyev Mərdan Hüseynqulu oğlu – mayor – Baş DYPİ YPXA-nın 3-cü tağımının komandiri
3 Quliyev Qulu Qüdrət oğlu – mayor – Baş DYPİ YPXA-nın 10-cu tağımının komandiri
5 Lazımov Buxsay Mayıs oğlu – baş serjant – Baş DYPİ YPXA-nın 3-cü tağımı
6 Hüseynov Mayəddin Mürsəl oğlu – serjant – Baş DYPİ YPXA-nın 11-ci tağımı
7 Yaqubov Ramil Kamil oğlu – baş leytenant – Nizami rayon DYPŞ
8 Allahyarov Ayxan Zakir oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 2-ci tağımı
9 Mustafayev Kəpəz Arif oğlu – baş serjant – Baş DYPİ YPXA-nın 8-ci tağımı
10 İmamverdiyev Məhəmməd Aslan oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 10-cu tağımı
11 Ağayev Rəşad Bahadur oğlu – leytenant – Baş DYPİ YPXA-nın 6-cı tağımı
12 Həsənov Elnur Həsən oğlu – baş serjant – Bakı DYPİ YPXA-nın 11-ci tağımı
13 Əliyev Mehman Əlizadə oğlu – kapitan – Qaradağ rayon DYPŞ
14 Abbasov Rəhman Cabir oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 6-cı tağımı
15 Hacıyev Mehdi Firdovsi oğlu – leytenant - Bakı şəhər DYPİ YPXA-nın 3-cü tağımı
16 Hacıyev İlham Abdulrahman oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 1-ci tağımı
17 Mehdiyev Yalçın Məzahir oğlu – baş serjant – Baş DYPİ YPXA Ekoloji nəzarət bölüyü
18 Əhmədov Altay Sabir oğlu – baş serjant – Suraxani rayon DYPŞ
19 Süleymanov Teymur Vaqif oğlu – baş serjant - Bakı şəhər DYPİ YPXA. MEB 1
20 Musayev Azər Şamil oğlu – baş serjant – Bakı şəhər DYPİ YPXA-nın 11-ci tağımı
21 Məmmədov Oqtay Ağa oğlu – baş serjant – Səbail rayon DYPŞ
22 Seyidov Emil Əziz oğlu – kapitan – Yasamal rayon DYPŞ
23 Gülməmmədov Eyvaz Qorxmaz oğlu – serjant – Xəzər rayon DYPŞ
24 Musayev İqrar Himayət oğlu – baş serjant – Nizami rayon DYPŞ
25 Hüseynov Xəyal Ağasəf oğlu serjant – Şamaxı Rayon DYPB
26 Soltanov Elman Bircəxan oğlu – serjant – Şamaxı rayon DYPB
Elməddin Muradlı, Ərşad Hüseynov
Avtosfer.az saytının "Digesta" hüquq firmasının direktoru
baş redaktoru
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi