"Futbolçuların maaşlarına limit tətbiq olunmalıdı" - UEFA prezidenti

img

01-07-2017 [14:49]


"Varlı klublar daha da zənginləşir və onlarla digərləri arasında uçurum böyüyür. Bu da məni narahat edir". 

Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Aleksander Çeferin deyib.
 
Böyük klublarla "mühariəbə"yə hazırlaşan sloveniyalı futbolçu maaşlarına yüksək hədd qoyulması üçün mübarizə aparacaqlarını açıqlayıb: "Klublar onlara lazım olandan artıq futbolçu alır. Sonra bu oyunçular heç yerdə oynamır. Klubların futbolçulara verdiyi maaşlara yüksək hədd tətbiq olunmalıdı. Onda komandalar kimə pul xərclədiklərinə diqqət edəcək, daha yaxşı təhlildən sonra futbolçu götürəcəklər. Bu da ciddi döyüş olacaq. Həmin klublar böyük təsirə malikdi. Amma biz qalib gəlsək, tarixi dəyişikliklər olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA