29-06-2017 [21:14]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Mia.az KİVDF-yə istinadən xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.
Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 13 iyun 2017-ci il tarixli sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş V.Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Ə.Həsənov dövlət başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə təyin edilmiş Fondun Müşahidə Şurasının üzvlərini də təbrik edərək, onların Fondun səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayaraq, onların ölkə başçısının yüksək etimadını doğruldacaqlarına inandığını bildirib.
Ə.Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Ə.Həsənov Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul olunduğunu bildirərək ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ə.Həsənov Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Ə.Həsənov 22 iyul - Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
PA rəsmisi qeyd edib ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.
Sonra Fondun Nizamnaməsinə müvafiq olaraq, iclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, "Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov isə sədr müavini seçilib.
Fondun icraçı direktoru V.Səfərli çıxışında göstərilən yüksək etimada görə, öz adından və Müşahidə Şurasının yeni üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını qeyd edib. V.Səfərli medianın problemlərinin həllinə həssas və qayğıkeş münasibətinə görə, eyni zamanda Ə.Həsənova minnətdarlığını bildirib.
Müşahidə Şurasının sədri H.Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.
İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.
.jpg)
.jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi