Güclü külək Gəncədə dağıntı törətdi, evlərə ziyan vurdu – FOTOLAR

img

15-06-2017 [17:49]


Gəncə şəhərində səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib.

Mia.az ARB TV-yə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub.

Küləyin gücündən qopan dam örtüyü ətrafdakı tikililərə və ağaclara, kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib.

Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA