Prezident Cocuq Mərcanlı kəndinin yeganə sakinini təltif etdi - SƏRƏNCAM(FOTO)

img

14-06-2017 [13:09]


Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 1993-cü ilin sonlarında üç aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Oqtay Həziyevin ailəsi kəndə qayıdıb.

Digər sakinlərin narahatlığı isə kifayət qədər əsaslı idi. Belə ki, Cocuq Mərcanlıdan çıxandan sonra erməni hərbi qüvvələri yaxınlıqdakı Lələ Təpə yüksəkliyində möhkəmlənmişdilər və kəndi mütəmadi olaraq atəşə tuturdular. Ermənilər Lələ Təpədən yalnız 2016-cı ilin aprel ayında çıxarılıblar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA