"10 milyon avro versəniz də, qalmayacam, məni burda zorla tuta bilməzsiniz" - Prosineçkidən sitəm

img

13-06-2017 [17:19]


Türkiyənin "bursa.com” saytı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqqında maraqlı məlumat yayıb. 

"Qafqazinfo” xəbər verir ki, yazıda xorvatiyalı çalışdırıcının AFFA rəhbərliyinə etiraz edərək yığmamızdan getmək istədiyini bildirib. 

O, 10 milyon versəniz də, millidə qalmayacağam deyərək "Bursaspor”a keçmək israrlı olduğunu deyib: "Mən "Bursaspor”a getmək istəyirəm. 10 milyon avro versəniz də, qalmayacam. Məni burda zorla tuta bilməzsiniz. Ailəm də Bakıda qalmaq istəmir”.

Saatlarla sürən söhbətdən sonra AFFA rəhbərliyi Prosineçkinin istəyini qəbul etməyib. Ona yalnız cari ilin sonunda müqaviləsi bitdikdən sonra gedə biləcəyi söylənilib. 

"Bursaspor” prezidenti Ali Ay da Prosineçkidən müsbət cavab ala bilmədiklərini deyib: "Saat 15:00-a qədər vaxt verdik. Ancaq müsbət cavab gəlmədi. Biz də artıq başqa məşqçi axtarırıq. Əlimizdən başqa məşqçilər var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA