13-06-2017 [11:56]
Sahibkara hədə-qorxu gələn MTN polkovniki məhkəmədə zərərçəkmişin həbs edilməsini istəyib.
Sahibkarləq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş MTN Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Zamin Bank” ASC-nin Nərimanov filialının keçmiş müdiri Qubad Qubadov ifadə verib.
Onun sözlərinə görə, hadisə 2012-ci il aprelin 7-i baş verib
O, qeyd edib ki, şənbə günü olmasına baxmayaraq xaricdən həvalə yolu ilə göndərilən 900 min dollarını qəbul ediblər:
"Həmin vaxt Nəriman adlı müştərimiz Vidadi Əzizovla banka gəlmişdi. Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. Vidadi də pulu götürərək bankdan çıxdı. Həmin günü qeyri-iş günü olmasına baxmayaraq pul mübadiləsi apardıq. Elə bildik ki, pul bankın müştərisi Nərimanındır. Nəriman bizim bankın daimi müştərisidir. Həmçinin həmin pulu şənbə günləri də günortaya qədər işləyirdik”.
Şahid Qubad Qubadov əlavə edib ki, sonradan Vidadi Əzizovun MTN tərəfindən saxlanıldığını eşidib.
"Elə həmin gün mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və bankda qalan məbləğdə pulu da MTN-ə gətirməli olduğumu dedi. Mən həmin pulu da MTN əməkdaşlarına verdim”.
Mirəziz Əsgərov isə bildirib ki, Vidadi Əzizovun barəsində həmin il MTN-də kifayət qədər materiallar toplanıb.
Onun sözlərinə görə, Vidadi Əzizovun barəsində MTN-də 7 cinayət işi olub.
Polkovnik Mirəziz Əsgərov Vidadi Əzizovun barəsində olan siqnal materialların işə əlavə edilməsini istəyib. Prosesin davamında hakim isə bu məsələyə münasibət bildirməyib.
Zərərçəkmiş Vidadi Əzizov ləğv edilmiş MTN-də quldur dəstəsinin toplaşdığını deyib.
Bu sözlərə əsəbiləşən Mirəziz Əsgərov deyib ki, MTN-də çalışanlar dövlətə xidmət edən şəxslər olub.
"İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər isə bizim kimi vətənə xidmət edənləri ittiham edir. Əslində onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror, mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”- deyə zərərçəkmiş bildirib.
Bu çıxışdan sonra prosesdə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.
Növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi