Azərbaycanda 2 nişanlı qız yoxa çıxıb - Axtarış başladı(FOTOLAR)

img

11-06-2017 [19:14]


Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.

Mia.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.

Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.

Hazırda onların axtarışları davam etdirilir.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA