Azərbaycan millisi son dəqiqədə qapısından qol buraxdı - Dünya Çempionatı - 2018

img

10-06-2017 [21:52]


Bu gün Dünya Çempionatı - 2018-in seçmə mərhələsində 6-cı turun oyunları çərçivəsində Azərbaycan milli komandası Şimali İrlandiyanı Bakıda qəbul edib.

Mia.az xəbər verir ki,  Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan yığması Tofiq Bəhramov adına stadionda Şimali İrlandiyadan revanşdan qisasını ala bilməyib.

Belə ki, Belfastdakı görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan komandamız Bakıda oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə (90+2) qapısında qol görüb. Dallas oyunda yeganə qola imza atıb - 0:1.

Bu qələbə sayəsində rəqib qrupda 2-ci pillədəki mövqeyini möhkəmləndirib (13 xal).

Azərbaycan isə 7 xalla 4-cü pillədə qalıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA