Fateh Terim Arda Turan milli komandadan qovdu - Səbəb

img

06-06-2017 [16:52]


İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan Türkiyə milli komandasından xaric edilib. 

"Report"un məlumatına görə, bu barədə baş məşqçi Fatih Terim Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə Sloveniyada keçirdiyi toplantıdan sonra qərarını açıqlayıb.

O, Ardanı yanına çağıraraq, yığmanın düşərgəsindən dərhal ayrılmalı olduğunu bildirib. Təcrübəli yarımmüdafiəçi həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün əşyalarını toplayaraq, düşərgəni tərk edib.
Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə idman yazarı Bilal Meşeni təhqir edib, onu vurmağa cəhd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA