"Barselona" Arda Turana fantasti qiymət qoydu - Satış qiyməti

img

03-06-2017 [23:24]


"Barselona" Arda Turanın satış qiymətini müəyyənləşdirib.

Mia.az fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu türk futbolçusuna 41 milyon avro qiymət qoyub.

Xəbərdə bildirilir ki, Arda Turanı "Arsenal" istəyir. Türk futbolçunun artıq İngiltərəyə getmək üçün viza aldığı da bildirilir.

Arda Turanın xidmətində həmçinin "İnter"in də maraqlı olduğu bildirilir. Dünən isə "Barselona"ya yaxınlığı ilə tanınan "El Mundo Deportivo" onun "Qalatasaray"a dönəcəyini yazmışdı.

Qeyd edək ki, "Barselona" Arda Turanı "Atletiko"dan bonuslar daxil 41 milyon avroya almışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA