02-06-2017 [13:58]
Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkarTahir Əkbərin bəstələdiyi "Əzizim” adlı mahnı qanun musiqi alətinin ifaçısı, Türkiyənin tanınmış musiqiçisiHalil Karadumantərəfindən illər əvvəl oğurlanıb.
Oxu.Azmövzu ilə bağlı araşdırma aparıb.
Tahir Əkbərsaytımıza müsahibəsində oğurluq faktını təsdiqləyərək bəstənin 1999-cu ildə Halil Karaduman (musiqi) və Ali Tekintürenin (söz) müəllifliyi ilə MESAM-da (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) qeydiyyatdan keçirildiyini bildirib.
Tahir Əkbər
Bəstəkar mahnının tarixçəsi barədə məlumat verib:
"Mahnını ilk dəfə Xalq artisti Nisə Qasımova 1989-cu ildə AzTV-də "Ömrün ayları” verilişində ifa edib. Şeiri mənə Fəxrəndə Məmmədli təqdim edərək ona mahnı bəstələməyimi xahiş etmişdi.
Mahnı dövlət televiziyasının fondunda qorunur və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib.
Nisə xanım qonşu ölkələrə, o cümlədən Türkiyəyə qastrol səfəri zamanı bu mahnını və bəstənin daxil edildiyi albomu musiqisevərlərə təqdim edib. Bundan sonra mahnı musiqisi Halil Karaduman və sözləriAli Tekintürenin müəllifiliyi ilə Türkiyənin tanınmış ifaçıları tərəfindən səsləndirilib.
1990-cı ildə mənə zəng edib bildirdilər ki, sizin bəstənizi Türkiyənin "TGRT” telekanalında müğənni Nazlım ifa edir. Həmin verilişdə müğənni qeyd etdi ki, bu mahnı anonimdir, bəstəni çox bəyənir vəklip çəkdirmək istəyir. 1995-ci ildə isəonu albomuna daxil edir.
Bu yaxınlarda isə mənimlə türkiyəli müğənni Adnan Tayfun telefon vasitəsilə əlaqə saxlayaraq "Amin” əsərimi oxumaq istədiyini bildirdi. Söhbət əsnasında söylədim ki, artıq mənim bir neçə bəstəm türkiyəli ifaçılar tərəfindən səsləndirilib. Nəşə Karaböcək "Heç küsməyin yeridirmi?”ni, Nazlım və digərləri "Əzizim”i ifa edib.
Obildirdiki, "Əzizim” Azərbaycan mahnısı deyil, müəllifləri H.Karaduman və A.Tekintüredir. Mən sizə danışdığm kimi, bəstənin tarixçəsindən ona da bəhs etdim, çox təəccübləndi və mahnının MESAM-da 1999-cu ildə qeydiyyatdan keçirildiyini bildirdi. Söylədi ki, H.Karaduman 2012-ci ildə dünyasını dəyişib, amma A.Tekintüre sağdır. Mənə Türkiyəyə gələrək məsələni həll etməyi məsləhət gördü.
Halil Karaduman
Ali Tekintüre
"Əzizim” mahnısı Azərbaycanda Bədii Şura tərəfindən təsdiqlənib, əlimdə sənədlər var və məsələni həll etmək üçün yaxın günlərdə Türkiyəyə yollanacağam”.
Bəstə sonrakı illərdə azərbaycanlı ifaçılarTacir Şahmalıoğlu, Fədayə Laçın,"Xalq ulduzu”ndaŞəhla Həmidova, "Nanəli” proqramındaEldəniz Məmmədovvə digərləri tərəfindən səsləndirilib.
Mövzu ilə bağlı mahnının ilk ifaçısı Xalq artistiNisə Qasımovailə də əlaqə saxladıq:
Nisə Qasımova
"Əzizim” mahnısının ilk ifaçısı mən olmuşam. Tahir Əkbərin bəstəsidir. 1988-ci ildə lentə alınıb, 1989-cu ildə isə işıq üzü görüb. Bəstəni türkiyəli müğənni Güllü də ifa edib. Mən o zamanlar mahnının oğurlanması ilə bağlı səs-küy qaldırmışdım. Türkiyə ilə əlaqə saxlamağa çalışmışdım. Daha sonra sona qədər bu işin dalınca düşə bilmədim. Çünki 90-cı illərdən bu günə qədər Azərbaycanda şou-biznes sistemi rəsmi və sağlam şəkildə qurulmayıb.
Türklər bizim qardaşlarımız olsa da, dəfələrlə mahnılarımızı anonim kimi təqdim ediblər və yaxud sözlərində dəyişiklik edərək öz musiqiləri kimi qələmə veriblər. Bunların qarşısını almaq üçün rəsmi şəkildə tədbir görülməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi