Zaqatalada qeyri-adi təbiət hadisəsi – Dolu yağdı (FOTOLAR)

img

01-06-2017 [21:25]


Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Mia.az "ARB Şəki"yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub. Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub: "1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidora, kartofa ciddi ziyan dəyib".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA