25-05-2017 [13:23]
AMEA Naxçıvan Bölməsində "Naxçıvanın türk-islam mədəniyyəti abidələri” və "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 2006-cı ildən etibarən Naxçıvandakı tarixi mədəniyyət abidələrinin sistemli şəkildə öyrənildiyini, abidələrlə bağlı monoqrafiya, kitablar və məqalələrin hazırlanıb nəşr edildiyini bildirib.
O, bu işlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixi "Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında aparıldığını söyləyib. Qeyd edib ki, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyasında İslamın yayıldığı dövrlərdə tikilən tarixi-memarlıq nümunələrinin ictimaiyyətə bəlli olmayan tərəfləri tədqiq olunub.
İsmayıl Hacıyev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı əsərin elmi dəyərindən də bəhs edib. Akademik Naxçıvan tarixində özünəməxsus xidmətləri olan Şahtaxtinskilərin həyatının, siyasi fəaliyyətlərinin öyrənilməsi istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. Bildirib ki, Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, mətbuat tarixində çox böyük xidmətləri olmuş Şahtaxtinisklərin nümayəndələri barəsində toplanılan materiallar əsasında kitablar, monoqrafiyalar, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Naxçıvanın türk-islam mədəniyyəti abidələrinə həsr olunmuş dəyərli əsər” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin "Naxçıvanın yetirməsi görkəmli dilçi Məhəmməd ağa Şahtaxtlı” mövzusunda məruzələri dinlənilib.
Sonra məruzə ətrafında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi Nuray Əliyeva çıxış edərək hər iki kitabın üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd olunub ki, "Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyasında günümüzədək gəlib çatan məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar, qalalar, hamamlar, mülki tikintilər, buzxanalar, eyni zamanda tarixi-memarlıq nümunələrinin inşa edilmə və bərpa olunması ilə yanaşı, bu abidələri inşa edən bəzi memarlar barəsində məlumatlar da öz əksini tapıb. "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı nəşrə də toxunan çıxışçılar əsərdə əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı kimi bir sıra vacib məsələlərin yer aldığını söyləyiblər.
Sonda müəlliflər tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi