Azərbaycan 2020-ci ilədək daha bir neçə beynəlxalq yarışa ev sahibliyi edəcək - SİYAHI

img

24-05-2017 [17:11]


Azərbaycan "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə maraq artdı. Belə ki, ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırıldı.

Bunlardan, əsasən, "Bakı-2015" I Avropa Oyunları, "42-ci Ümumdünya Şahmat Olimpiadası”, "Formula-1” və iki gün öncə başa çatan IV İslam Həmrəyliyi Oyunlarını sadalamaq olar.

Bəs bundan sonra, daha doğrusu, 2020 -ci ilədək Azərbaycan, daha hansı oyunlara ev sahibliyi edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a həmin yarışların siyahısını təqdim edib.


S.Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək: "Bununla yanaşı, bu ilin təqvimində "Formula-1” üzrə Azərbaycan Qran-prisi də var. 2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna evsahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq. 2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.

S.Məmmədova əlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.




Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA