Qadın güləşçilərimiz İslamiadaya qızıl medalla start veriblər

img

21-05-2017 [12:31]


Mayın 21-də Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Leyla Qurbanova (53 kq) ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib. İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycanın qadın güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarına qızıl medalla start veriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA